Maduro Rusiya ilə 209 milyon dollarlıq müqavilə imzalayıb

Venesuela prezidenti Nikolas Maduro 2019-cu ilin may ayında Rusiya ilə 209 milyon dollarlıq müdafiə müqaviləsi imzalayıb. Virtualaz.org xəbər verir ki, bunu özünün “Twitter” mikrobloqunda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton yazıb.

“Maduro Venesuelanın ehtiyatlarından çox qeyri-effektiv şəkildə istifadə edir. Yüz minlərlə venesuelalının aclıq çəkdiyi may ayında o, Rusiyanın daimi dəstəyini əldə edə bilmək üçün 209 milyon dollarlıq müdafiə müqaviləsi bağlayıb”, - məlumatda deyilir.

Daha öncə TASS xəbər vermişdi ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Karakas arasında münasibətlərin üçüncü ölkələri narahat etməli olmadığını bildirmişdi. Onun sözlərinə görə, Rusiyanın imzalanmış müqavilələrlə bağlı öhdəlikləri var və bu müqavilələr əsasında Venesuelaya xüsusi əmlak ixrac edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar