PƏNAH HÜSEYN SURƏT HÜSEYNOVA "OD PÜSKÜRDÜ" - “Qələt eləyir, başını...”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib.

P.Hüseyn iki gün öncə sosial şəbəkədən yazdığı bir statusu xatırladıb, daha sonra öz mövqeyini açıqlayıb.

"AzPolitika" "Musavat.com"a istinadla P.Hüseynin statusunu təqdim edir: “Bu gün mənə bir neçə KİV- dən sual unvanlanıb ki, Surət Hüseynovun adından (səsi ilə?) ittihamlar yayınlanlanıb, bunlara cavab verim və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Surət Hüseynovu bağlayırmı? Və Surət Hüseynöv təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir. Bir necə saata buna cavab olacaq və cavaba adekvat reaksiya da olacaq. Bu status iki gün əvvəl yazılmışdı...

Sonra dedilər, həmin "səsi" Qurban Məmmədov da Azefredoomda da səsləndirib. Sonra Ə.Elçibəyin həyat yoldaşının vəfatı hadisəsi oldu. Təziyə ilə əlaqədar Naxçıvana - Kələkiyə getdik. Qayıdandan sonra mənə məlumat verdilər ki, Surət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o Yaponiyadadır. Ancaq, onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Surət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu, məncə elə dolayısı təsdiqdir. Mən o "səsi" dinlədim. Əvvala, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzası ilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə, özünü tanıyan heç kişiyə yaraşdırmaram. Bu cür hərəkətin də adı q......dir. O ki, qaldı onun guya "Təhlükəsizlik Şurasında" ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başını daşa döyür”.

635x100

Şərhlər

EJDER 2019-06-16 22:52:08

MANA ELE GELIR KI,SIZLERDEN ISTIFADE EDIRDILER...O,BOYDA URUS AZEBIYANI BAWDI BAWINA BURAXAJAQDI...AYE,WIROKO WAQAYET AZEBIJAN...8 KECICI BAYRAQLARI,DARAQOY LEONID ILIC BREWNEF YADINISA SALIN ,AYE...HANI ONLAR...

dadaşyev 2019-06-16 22:52:08

davamı;O böhranlı günlərdə xalqı qardaş qırğınına of demədən sürükləyən bu əcaib varlıqlardan çox-çox ağıllı oldu Azərbaycanın o zaman Qarabağda oddan-alovdan çıxmış sıravi əsgərləri.Əmr oldu,amma qardaş-qardaşa Nəvaidə güllə atmadı.O əsgərlərimizin alınlarından öpürəm.Əsgərlər əmrə tabe olsaydılar Azərbaycan viran qalacaqdı.Heydər Əliyev o günlərdə özünü yetirdi,bu əcaib varlıqların hərəsini yumruğuyla yerində oturdub Azərbaycanı məhv olmaqdan qurtardı.Hər kəsin haqqını özünə vermək lazımdır.

dadaşyev 2019-06-16 22:52:08

AXC hakimiyyətinin faciəsi 93-ün yanvarından bax bu 2 adamın didişməsiylə başladı və mayda pik həddə çatdı.Biri Yevlaxda yun sata-sata polkovnik olmuşdu,o biri Sabirabadda qarpız sata-sata baş nazir.Yunsatan bunun baş nazir olduğunu görüb dəli olmuşdu ki,"maa bela galır kınq man olajam baş nazir" deyib özünə tabe olan (!) batalyonu cəbhə bölgəsindən çıxarıb Bakıya şığıdı,hakimiyyət də onu Nəvaidə qarşılamaq üçün qoşun çıxardı.Qırğın olacaqdı,yaxşı ki sıravi əsgərlərimiz əmrə tabe olmadılar və Bəy qaçdı.

həsən 2019-06-16 22:52:08

bu pənah görəsən surət Gəncədən Bakıya öz qoşunları ilə gələndə niyə qələt edirsən demirdi? İndi kişi -kişi danışır.

гачгын 2019-06-16 22:52:08

мой народ;;не когда не забывай 3-типа людей;1),тех, кто помагает тебе когда ты в трудном положении 2) тех кто покидал тебя, когда ты в трудном положении, 3) тех кто станавилься причиной твоего трудного положения----- ким Азербайсаны севирсэ сурет адыны чэкмэсин,йазмасын,унутсун-унутдурсун о о залымы,

NURəddin 2019-06-16 22:52:08

Mən Pənahı deyə bilmərəm, amma millətimizi bu bəlaya salan birmənalı şəkildə Surət Hüseynov oldu.....Mən heç inanmazdım ki, bir nəfər xalqın taleyində bu dərəcədə rol oynaya bilərmiş.O, ölülərimizə də, dirilərimizə də borcludur. O quldurdur. Düşməndir!

vanqa. 2019-06-16 22:52:08

elə ikinizdə eyni şeysiz

Arif 2019-06-16 22:52:08

İlahi bu mirşahində özükimilərini tapıb reklam edir heç olmasa vətəninə millətinə dönükləri reklam etmə Azərbaycan xalqı Pənah Hüseynovuda sürət kimi gədələridə çox gözəl tanıyır.

Rafiq 2019-06-16 22:52:08

Ikiniz də elə bir-birnizin tayısınız!

veten dashi 2019-06-16 22:52:08

Bu adam vətən xaini kimi gözündən gülləənməli idi.Rus cəsusu....

гачгын 2019-06-16 22:52:08

когда ты был молодым должен быль быт благоразумным и не стараться им казаться, тепер когда ты уже старик должен казаться благоразумным, хотя бы и не был таким,

dadaşyev 2019-06-16 22:52:08

davamı;O günlərin Bakısı həyəcanlı olsa da,ümumən,sakitlikdi.Cəmisi bir il əvvəl bunları hoyhahoy hakimiyyətə gətirən bədbəxt və sadəlövh millət Qarabağ rayonlarını tamamilə alhaalda olduğumuz halda o ilin əvvəlindən xəyanətlə ardarda əldən getməsi qədər də bax bu adamın baş nazir postuna gətirldiyinə görə qəzəbli idi.Bunun baş nazir olması artıq heçnəyin yaxşı olmayacağının sübutu idi sanki.Ona görə də o ilin mayında millət "ikinizi də Allah öldürsün,səni də Hitleri də" deyib xilaskar gözləməkdəydi.

dadaşyev 2019-06-16 22:52:08

Maşallah,Pənah Hüseyin artıq rabitəli cümlələr düzüb qoşa bilir.Çox oxumağın,gec də olsa öz üzərində işləməyin faydası budur.93-cü ilin yaz aylarında baş nazir olanda danışığı,tərzi-hərəkəti eləydi ki,millət bunu televiziyada görəndə dodaq büzürdü ki,bu qarpızsatanı niyə baş nazir elədi Elçibəy?O qədər elmli,savadlı,dünyagörmüş adamları qoyub bunu niyə təyin elədi o cür mühüm posta?Bax o ilin mayında millət hər şeydən çox bu işə qəzəblənmişdi.Ona görə az sonra Surət məsələsi alovlananda hamı seyrçi oldu.

гачгын 2019-06-16 22:52:08

нет героев без зрителей; халгымын эн бойук бэласы-лайиг олмайан инсанлары генраман едер, лайиг олмадхы креслолара отурдар,сонрада о лайигсиз адамын сесини динлемейе вахт айырар.

dadaşyev 2019-06-16 22:52:08

İranın qabaqlar bir səfiri vardı,bizdən olub farsa oxşayan donqili,hətərən-pətərən danışdı deyə Pənah Hüseyn onunla yaxşı yaxa-paça olmuşdu televiziyada,kəllə də atmışdı amma heyif ki tutmamışdı.Hələ aralı durub razqomnan gəlib sinəsindən qoşa təpik də atsaydı,mürtəd oğlu mürtədi yerə yıxıb ağzına-ağzına vursaydı,əla olardı.Bax bir tək yaxşı işi o olub Pənah Hüseynin Azərbaycan tarixində.Buna görə ona yoldaş dadaşyevdən yağlı bir beş.Başqa bir tarixə düşəsi əməli yadıma gəlmir.

Son yazılar