"ABŞ İranla müharibə istəmir" - Maykl Pompeo

Əli Laricani: "ABŞ hadisənin saxtalaşdırılması və ondan aqressiya üçün bəhanə kimi istifadə emtəkdə təcrübəyə malikdir"

“ABŞ İranın Oman körfəzində tankerlərə hücumda əli olduğuna əminliyinə rəğmən müharibə istəmir”. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

“Fox News Sunday” proqramına danışan Maykl Pompeo prezident Donald Tramın müharibədən qaçmaq üçün əlindən gələni etdiyini bildirib. Bununla bərabər, o, rəsmi Vaşinqtonun dünyadakı gəmiçilik üçün həyati önəm daşıyan rayonlarında azad nəqliyyatın olunmasını təmin edəcəyini qeyd edib. “Biz həm diplomatik, həm də digər yollarla bütün tədbirləri görəcəyik”,-deyə dövlət katibi söyləyib.

Maykl Pompeo Oman körfəzindəki insidenti “bütün dünyaya yönəlik beynəlxalq təhdid” adlandıraraq, tərəfdaşlarının bu məsələni anlayışla qarşılayacaqlarını vurğulayıb.

Bununla belə, Maykl Pompeo ABŞ-ın İrana yönəlik nələri həyata keçirəcəklərini açıqlamayıb. “İranlılar bunu dəqiq bilməlidirlər ki, biz İranı müharibə davranışlarından çəkindirəcək fəaliyyətimizi sürdürəcəyik,”-deyə ABŞ rəsmisi deyib.

İran isə Maykl Pompeonun əksinə tankerlərə hücumun arxasında ABŞ-ın durduğunu bildirir.

Bu barədə İran parlamentinin spikeri Əli Laricani ölkənin “Mehr” agentliyinə bəyan edib.

Onun sözlərinə görə, ABŞ hadisənin saxtalaşdırılması və ondan aqressiya üçün bəhanə kimi istifadə emtəkdə təcrübəyə malikdir. Laricani ABŞ-ın İrana qarşı maksimal təzyiq göstərmək və iqtisadi terrorizm gerçəklədirməsində diplomatik bir şeyin olmadığını deyib.

“Cənab Pompeo, İrana qarşı iqtisadi müharibə və beynəlxalq öhdəliklərin pozulmasında hansı diplomatik addımdan danışmaq olar”,- deyə Laricani çağırış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar