Türkiyə ABŞ sanksiyalarına cavab verməyə hazırdır - "S-400" kompleksinə görə

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankaranın Rusiyadan "S-400" zenti-raket kompleksi (ZRK) almaq qərarına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən tətbiq olunacaq mümkün saksiyalara ölkəsi analoji cavab tədirləri görməyə hazırdır.

Onun sözlərinə görə, istənilən neqativ tədbirin ardınca analoji cavab veriləcək, çünki Ankara "S-400" sistemlərinin alınmasına qəti şəildə köklənib və bu sövdədən imtina etmək niyyətində deyil.

«Əgər ABŞ neqativ tədbirlər görməyə başlayarsa, o zaman bizim də cavab addımlarımız olacaq. Amerika bir sıra qərarlar qəbul edib, biz isə səssiz qalimaq niyyətində deyiik» - deyə, «Anadolu» agentliyi nazirdən sitat gətirir.

Çavuşoğlu qeyd edib ki, Türkiyə "S-400" ZRK əldə etmək üçün istənilən məbləği ödəməyə hazırdır və onu hər-hansı nəticə narahat etmir.

Nazir əlavə edib ki, "S-400" sisiemlərinin NATO silahlarına təhlükə yaradacağı barədəki iddialar heç bir tənqidə «dözümlü» deyil.

Bundan əvvəl ABŞ türkiyəli pilotların F-35 təyyarələrində öyrədilməsini dayandırmaq və onları ölkədən çıxartmaq barədə qərar qəbul edib. Qərara əsasən, pilotlar iyulun 31-ə qədər ABŞ-ı tərk etməlidirlər.

AzPolitika.info

635x100

Şərhlər

Türk 2019-06-17 12:11:38

ABŞ Türkiyənin müttəfiqi deyil.Müttəfiq dövlət heç vaxt öz müttəfiqinə sanksiyatətbiq etməz.Mən dəfələrlə yazmışam və yenə də yazıram ABŞ-ın dostu və müttəfiqi yoxdur.Maraqları var.NATO adlı bir kəndiri kecirib dövlətlərin boiynuna öz silahlarını onlara satır.ABŞ NATO adı ilə oz qoşunlarını həmən dövlətlərin ərazisində yerləşdirib.Heç bir NATO üzvü olan dövlətin ABŞ-da qoşunu yoxdur.Burada müttəfiqlikdən söhbət gedə bilməz.Rədd olsun imperialist ABŞ.Yaşasın doğma Türkiyə və Türk xalqları.

Son yazılar