Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib

Dərc olunub: 17/06/2019 - 13:18

fecbdcae-a423-48cc-94d4-3ea3f3e70384Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı tərəfləri mümkün qədər təmkinli olmağa çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Mogerini Aİ Xarici İşlər Şurasının görüşündən əvvəl jurnalistlərə bildirib.

“Maksimum dərəcədə təmkinli olmağa çağırırıq. Məncə, dünyanın daha bir böhrana yol verə bilməyəcəyi barədə BMT Baş katibinin fikirləri müdrikdir. Əlbəttə ki, bunu nazirlərlə də müzakirə edəcəyik”, – deyə diplomat vurğulayıb.

Xatırladaq ki, üç gün əvvəl Panama qeydiyyatlı “Kokuka Courageos” və Marşal adaları bayrağı altındakı “Front Altair” tankerləri Hörmüz boğazından keçdikdən Oman körfəzinin bəynəlxalq sularında sonra hücuma məruz qalmış, gəmi heyətləri təxliyyə olmuşdu. ABŞ bu hücumda İranı ittiham etsə də, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu ittihamların əsassız olduğunu bildirib. İran Silahlı Qüvvələri də hadisə yerinə yardım üçün gəmi və helikopter göndərdiklərini açıqlayıb.










loading...


Fikrinizi bildirin