Çingiz Abdyullayevi tənqid edən yazıçı AYB-dən qovuldu

Gənc yazıçı Elşad Barat Azərbaycan Yazıçılar birliyindən xaric edirlib. BakuPost xəbər verir ki, buna səbəb onun qurum haqqında tənqidi fikirlər səsləndirməsi, xüsusən də AYB-nin katibi Çingiz Abdullayevlə bağlı ittihamları olub.

Elşad Barat statusunda qeyd edib ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb: "Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır...”

Bundan sonra Çingiz Abdullayev yazıçını məhkəməyə verəcəyini bildirmişdi:

"Vicdansəz Elşad Barat! Sən mənim avtomobillərimin şəkili çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm! Mənim "Cip" maşınım alti il bundan əvvəl alınıb. Mənim sənədlərim var. Ağ "kamri" maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram! Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq uçun yardım alır! Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq! Anar muəllimdə öz şəxsi vəsaitindən sənə yardım edib! Mən səni kimi böhtançını məhkəməyə verirəm!”

 

635x100

Şərhlər

dadaşyev 2019-06-17 13:29:40

Ağıllı yazıçı bu sovetdən qalma və heç bir paxlavaya yaramayan birliyə girməz,bir xəta üzündən giribsə də qovulmağını gözləmədən oradan çıxar.2000-ə qədər üzvü var birliyin,Allah evinizi tiksin,bir motoatıcı diviziya düzəldib Qarabağı almaq olar ki bunlarnan.O necə yazıçılar birliyidir ki,katibi Rəşad Məcid jurnalistdi?Qarabağda kolxoz sədrinin oğlu olmaq,bol yemək-içmək süfrələri jurnalistə nə vaxtdan yazıçılara katiblik etmək üçün əsas verib?Anar müəllim bilmirmi ki,jurnalist qorodovoydusa,yazıçı zabitdi?

dadaşyev 2019-06-17 13:29:40

Azərbaycan xalq yazıçısı azəri türkcəsində yazar,sən rusca yazdığın üçün Moskva vasitəsilə dünyaya açıla bilmisən.Üstünlüyün bunda olub xarici ölkələrdə çap olunmaq üçün.Rusdilli olduğun üçün kiçik bir yazıda 4-5 səhv buraxmısan."Avtomobillərin şəkili" yox şəkilini.Və "Şəkil"dən sonra sait gələrsə ilk "i" hərfi düşməlidir,"şəklini" olmalıdır."Vərirəm" yox,verirəm."Əlaqədər","darman" yox,əlaqədar,dərman."Azerbaycan" yox,Azərbaycan."Anar müəllimdə" yox,Anar müəllim də."ı" yerinə də çox yerdə "i" yazmısan.

t.ədalət 2019-06-17 13:29:40

Detektiv əsərlər yazmaq bir elə yazıçılıq peşəsi deyil.Əsil yazıçılar qələmini öz xalqının taleyinə həsr edir.Anarın da,sizin də əsərlərinizin altından imzalarınızı götürüb hansısa millətin yazarının adını yazsalar,inanın ki,heç nə dəyişməz.Çünki Sizin əsərlərdən millətin qoxusu gəlmir.

Veteran 2019-06-17 13:29:40

Men bir weyi bawa duwe bilmedim,bu Azerbaycan yazicilarinin birliyidir yoxsa "wexsi obyektdir"?

zaur 2019-06-17 13:29:40

Sovet-kommunist rejiminin rudimentindən başqa nə gözləyirdiniz?

dadaşyev 2019-06-17 13:29:40

Çingiz Abdullayevin kitabları çox satılsa da detektiv yazıçıdı,yəni əsərləri ciddi ədəbiyyat nümunəsi deyil.Üzeyir Mehdizadəyə də bizdə çox qulaq asırlar,o demək deyil ki ciddi müğənnidi.Ümumiyyətlə müğənnidimi?

AAgahuseyn 2019-06-17 13:29:40

Ayıbdır yazıcılar birliyini mühasirəyə almısınız imkan verin bu ğənclər özünü ğöstərsinlər.Sən QARADAQDA R-N PARTİYA K-DƏ işləyəndə kecmiş işciləri niyə uzaqlaşdırdın.Adi pratokolu da yerinə kecdiyin QARŞENİNƏ yazdırırdın.İndi başqalarını təhqir etmək insana yaraşmaz.

NURəddin 2019-06-17 13:29:40

İSTEDADSIZ VƏ VİCDANSIZ ADLANDIRDIĞINIZI BƏS NƏ ÜÇÜN BİRLİYİNİZƏ QƏBUL ETMİŞDİNİZ, AY RİYAKARLAR.

Son yazılar