Hindistanda həkimlər 24 saatlıq tətilə başlayıb

Dərc olunub: 17/06/2019 - 13:41

beede104-6a8c-4451-b09e-5849b334ef49Hindistanın ən iri həkim təşkilatlarından İMA (The İndian Medical Assotiation) 24 saatlıq tətilə başladıqlarını açıqlayıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb Qərbi Benqal ştatında həkimlərə qarşı zorakılıq hadisəsidir.

Təşkilat səhiyyə işçilərinin təhlükəsizliyini təmin etmək tələbi ilə bu addımı atıb. Tətil zamanı yalnız təcili yardım və bədbəxt hadisələrdən zərər çəkənlərə yardım göstəriləcək.

Qeyd edək ki, bir həftə əvvəl Kəlküttədəki bir xəstəxanada vəfat edən yaşlı xəstənin qohumları həkimlərə qarşı zor tətbiq etdikdən sonra Qərbi Benqal ştatının 300-dək səhiyyə işçisi hökumətin fəaliyyətsizliyinə qarşı etiraz olaraq istefa vermişdilər.

İMA səhiyyə işçilərinə qarşı zor işlədənləri təcili olaraq cəzalandırmaq, dövlət səhiyyə ocaqlarında təhlükəsizliyi təmin etmək, həkimlərə və tibbi heyətə qarşı zorakılıqla mübarizə qanunu hazırlayıb tətbiq etmək tələblərini irəli sürüb.










loading...


Fikrinizi bildirin