Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Azərbaycana gəlib

Dərc olunub: 17/06/2019 - 14:29

2c589802-9bca-4f81-8b4d-f36aa93fd8f6Əfqanıstan məhsullarından ibarət ilk partiya Azərbaycana çatıb. “Report”un Əfqan mediasına istinadən verdiyi məlumata görə, yüklər Türkmənistandan keçməklə gəlib.
Məlumatda deyilir ki, yüklərin 115 tonu mərmərdən ibarət olub. Bu məqsədlə təntənəli tədbir keçirilib və Əfqanıstan Kommersiya Nazirliyinin nümayəndələri və iş adamları iştirak edib.
“Bu yeni marşrut Azərbaycan bazarlarını Əfqanıstan üçün açacaq və iki ölkə arasındakı ticarət əməkdaşlığını gücləndirəcək”, – məlumatda deyilir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) statiskasına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 47 811,66 min ABŞ dolları civarında olub ki, onun da 11,99 min dolları idxalın, 47 799,67 min dolları isə ixracın payına düşür. Əfqanıstana ixrac ümumi ixracın 0,55%-ni təşkil edib.










loading...


Fikrinizi bildirin