Ötən il Rusiya 6 milyard dollarlıq hərbi təyyarə və helikopter satıb

2018-ci ildə Rusiya 6 milyard dollar məbləğində hərbi təyyarə və helikopter satıb.

APA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Rusiya silah-sursatının ixrac həcmi illik 15 milyard dollar həddində qalır.

A.Mixeyev vurğulayıb ki, aviasiya texnikası “Rosoboroneksport” tərəfindən dünya bazarlarına çıxarılan mallar arasında liderliyini qoruyub saxlayır: “2018-ci ildə biz 6 milyard dollardan çox hərbi təyyarə, helikopter, pilotsuz uçuş aparatı ixrac etmişik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar