Bitkoinin məzənnəsi son 13 ayın ən yüksək həddinə çatıb

Ötən günkü hərrac nəticəsində bitkoinin məzənnəsi Coindesk Bitcoin Price Index-ə görə son 13 ayın ən yüksək həddi olan 9381 dollar səviyyəsinə çatıb.

“Report” xəbər verir ki, bununla da ən geniş tələbata malik kriptovalyuta həmçinin 20 min dollaradək yüksəlişi ərəfəsindəki 2017-ci il dekabr ayının səviyyəsinə qayıdıb.

“Coinmarketcap”ın məlumatına görə, bitkoinlə keçirilən əməliyyatın günlük həcmi 21,5 milyard dollara yaxınlaşıb, bazar kapitallaşması səviyyəsi isə 162,5 milyard dollara çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar