Azərbaycan Ukraynadan 5 mln. dollarlıq dondurulmuş mal əti idxal edib

Azərbaycan cari ilin ilk beş ayı ərzində Ukraynadan 1,91 min ton və ya 5,8 milyon dollar məbləğində dondurulmuş mal əti idxal edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidməti məlumat yayıb.

Bildirilir ki, Ukrayna hesabat dövründə xaricə ümumilikdə 7,48 min ton və ya 22,7 mln. dollar məbləğində dondurulmuş iribuynuzlu heyvan əti ixrac edib.

Əsas tədarük istiqamətləri:

Qazaxıstan - 2,67 min ton və ya 8,1 mln. dollar;

Azərbaycan - 1,91 min ton və ya 5,8 mln. dollar;

Belarus - 1,24 min ton və ya 3,8 mln. dollar;

Digərləri - 1,65 min ton və ya 5 mln. dollar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar