"Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir" - XİN

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10.000 silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib. Bu barədə sizin şərhinizi bilmək istərdik?

Cavab: Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən Müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2019-06-17 21:43:48

Hələ nə isə gözləyirsiniz.Nə qədər sadəlövh olmaq olar ki,ATƏT-in həmsədirlərinə inanasan. İnanmıram BMT-yə,nə ATƏT-ə, Erməniyə gücüm çatar tethatetə, Bir həmləyə başladılar gethagetə, Millətlərin düşüb zayı erməniyə, İndi olub hamı rayı erməniyə.

Son yazılar