Ələt-Astara yolunda avtobus aşıb, 3 Banqladeş vətəndaşı ölüb - SİYAHI

Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.

"Report" xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb.

Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:

1983-cü il təvəllüdlü Məhəmməd Ərşad

1979-cu il təvəllüdlü Zahangir Alam

1987-ci il təvəllüdlü Ruhul Amin

1990-cı il təvəllüdlü Hüseyn Muhasib

1997-ci il təvəllüdlü Vetri Çelvin

1977-ci il təvəllüdlü Məhəmməd Muxtar

1979-cu il təvəllüdlü İslam Məcdun

1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)

Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.

635x100

Şərhlər

t.ədalət 2019-06-17 22:32:20

Ələt-Astara yolunda avtomobillərin hərəkət axınına yatımı nəzərə alınmayıb.Xəbərdarlıqlar(göstərici) olmadığına görə qəfil yol ayrıcları və digər tələblərlə qarşılaşırsan.Dolamalar çox(Yenikənd ətrafında),rahatlıq yaradan elementlər yox.Kürün üzərindəki körpüdə təhlükəsizlkik yaradılmayıb.(Soçi şəhərində çaylar üzərindəki körpülər dəmir torlarla əhatələnib ki,qəzalar zamanı maşın suya düşməsin.)Bir sözlə,bu yol başdansovdu çəkilib.

Son yazılar