AVROPA RUSİYAYA SARSIDICI ZƏRBƏ HAZIRLIĞINDA – “Rus banklarını boğmaq ən axırıncı vasitədir”

Avropa Birliyi Moskvanın cənub-şərqi Ukraynaya birbaşa intervensiya etməsi səbəbini əsas gətirərək növbəti sanksiyalarla Rusiyaya zərbə vurmağa hazırlaşır. 31 avqust tarixində Brüsseldə keçirilən sammitdə AB liderləri bildirmişdilər ki, bir həftə ərzində Moskvaya qarşı yeni sərt sanksiyaların tətbiq olunması barəsində qərar qəbul edəcəklər.

ABŞ-ın ”Bloomberg Buisnesweek” jurnalı xatırladır ki, hələlik Rusiyaya qarşı yönəldilmış sanksiyalar nəzərəçarpacaq effekt verməyib və rusların iki trilyon dollarlıq iqtisadiyyatına ciddi zərbə vurulmayıb. İndi AB üzvləri içərisindən ixtiyarlarında olan ən güclü sanksiya silahlarından birini işə salmağa çağıranlar da var. Həmin bu “silahdan” 2012-ci ildə İrana qarşı istifadə olunub. Söhbət Rusiyanı banklararası ödəmə sistemi olan “SWİFT”-dən xaric etmək ideyasından gedir. Brüsseldə yerləşən ”Beynəlxalq banklararası məlumatın ötürülməsi sistemi və ödənişlərin həyata keçirilməsi” (SWİFT) banklararası məlumat mübadiləsinin qoruyucu mexanizmidir. Dünyanın 10500 bankı beynəlxalq pul köçürülməsi əməliyyatlarında bu sistemdən istifadə edir. Belə bir sistem olmadan Rusiya bankları və onun müştəriləri öz ölkələri xaricinə sürətli pul göndərilişi və alışını həyata keçirə bilməyəcəklər. Bu isə ticarətdə, investisiya qoyuluşunda və çoxçeşidli maliyyə əməliyyatlarında xaos yaradacaq. ”SWİFT” AB –nin qərarlarına tabe olmaq məcburiyyətindədir. Ona görə ki, bu təşkilat Belçikada qeydiyyatdan keçib və həmin ölkənin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir.

Vaşinqtondakı “Demokratiyanın Müdafiə Fondunun” lobbiçiliyi ilə İrana qarşı şərt mövqe tutulmasını Amerikan hökumətindən tələb edən Mark Duboviç bildirir ki, 2012-ci ildə tətbiq edilmiş sanksiya nəticəsində “SWİFT” sistemindən İRAN banklarının kənarlaşdırılması onların iqtisadiyyatına əsaslı təsir etmişdi. O daha sonra əlavə edərək deyir: ”Biz bilirik ki, bu çox ağrılıdır, ona görə ki, Qərb ölkələri ilə aparılan danışıqlar zamanı İran tərəfi sistematik olaraq ilk növbədə məhz bu sanksiyaların qaldırılmasını tələb edirdi.”

Ancaq Avropa Birliyi hələlik belə bir addım atmağa həvəsli görünmür. Britaniyalıların bu cür ölçü götürülməsini təkidlə tələbetməsinə baxmayaraq, Brüssel sammitində Almaniya kansleri Anqela Merkel bəyan etmişdi ki, Rusiyaya qarşı “SWİFT” qadağasının qoyulması barəsində heç bir diskussiya aparılmayıb. A.Merkel və digər rəhbərlər bildiriblər ki, onlar Rusiyaya qarşı yalnız enerji və maliyyə sektoruna aid ölçülərın götürülməsi məsələsini müzakirə ediblər.

Hətta əgər Rusiya “SWİFT” sistemindən kənarlaşdırılarsa da, ruslar hər necə olsa da xariclə pul mübadiləsi aparılmasının bir yolunu tapacaqlar. Rusiya çalışacaq ki, SWİFT-ə alternativ olaraq öz ödəmə sistemini yaratsın. Bu həmin qurum üzvlərinin kooperativ özəl qeyri kommersiya bankı olacaq. Dünyanın hər hansı bir böyük bankının, Rusiyanın “SWİFT” –dən yayınaraq iş görməsinə yardım etməsi isə inandırıcı deyil. Çünki həmin banklar ABŞ və AB–nin cəza tədbirləri ilə üzləşəcəklər. Əgər belə banklar olarsa, onları “SWİFT” sistemindən xaric edə də bilərlər.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar