İsraildə 6 Gürcüstan vətəndaşı saxlanılıb

İsraildə 6 Gürcüstan vətəndaşı saxlanılıb.APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, onların saxlanılmasının səbəbi Ben Qurion Hava limanından İsrailə qanunsuz daxil olmağa cəhd etmələridir. Saxlanılan şəxslər rüşvət, fırıldaqçılıq və İsrail sərhəd qanunlarını pozmaqda ittiham edilirlər.

Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələri və anti-korrupsiya bölmələri xarici ölkə vətəndaşlarının ölkəyə qeyri-qanuni yollarla daxil olmasına yardım edən cinayətkar şəbəkəni araşdırmağa başlayıb. Bu şəbəkənin üzvləri arasında Ben Qurion hava limanında fəaliyyət göstərən şirkətlərin olduğu qeyd olunub. Bildirilib ki, həmin şirkətlər sistemli şəkildə xarici ölkə vətəndaşlarına hava limanındakı təhlükəsizlik mexanizmlərini və sərhəd nəzarət sistemlərini keçməkdə yardım ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar