Azərbaycanda əhali nədən ölür? - Səbəblər

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb. Ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2017-ci illə müqayisədə çoxdur. 2017-ci ildə ölkədə 57 109, 2016-cı ildə 56 648, 2015-cü ildə 54 697 nəfər ölüb.

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2017-ci ildə 33 663nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2017-ci ildə 8 665 nəfər) yenitörəmələrdən, 1 826-i (2017-ci ildə 1 839 nəfər) tənəffüs sistemi xəstəliklərindən, 2 772-i (2017-ci ildə 2 769 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı azalma qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2017-ci ildə 586,7 hal, 2016-cı ildə 587,8 hal, 2015-ci ildə bu göstərici 574,0 hal olub.

635x100

Şərhlər

EJDER 2019-06-18 09:53:20

AYE,CAMAATI OLDUREN ANALOQU OLMAYAN KEFIYYETSIZ DERMENLER,ERZAQLAR BIRDE QARABAQ DERDIDI...EKALOGIYADA KI,HEC...R

Vətəndaş 2019-06-18 09:53:20

Azərbaycanda əhalinin ölüm sayının artmasına əsas səbəblər aşağıdakılardır: 1. Səhiyyənin (dövlət daxil) pullu və baha olması.Çünki pensiyaçı və az maaş alan kütlənin səhiyyə xidmətindən istifadə imkanı yoxdur; 2. Dərmanların baha və keyfiyyətsiz olmasından; 3.Həkimlərin savad və təcrübə dərəcəsinin aşağılığı; 4.İnsanların qida rasionunun qıtlığı( Lazım olan dərəcədə qidalama imkanı olmaması və ərzaqların keyfiyyəti,meyvələrin gen dəyişikliyi. BU sahələr özbaşına buraxılması tez-tez xəstələnməyə və hətta

Son yazılar