"Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir..." - Müdafiə nazirimizdən cavab

Bu gün Azərbaycan ordusunun yeni təlim mərkəzinin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlər üçün brifinq keçirib. Onların təmas xəttindəki vəziyyət və Ermənistan tərəfinin son zamanlar hərbi planda təcavüzkar əməllərin sayını artırması barədə suallarına cavab verib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib: "Vətən, millət, dövlət məsələsində cılız maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq. Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir". 

Nazir bildirib ki, sosial şəbəkələrdə onun haqqında yazılar yayımlanır: "Ermənilərin xüsusi xidmət orqanları boş dayanmırlar. Mənim adıma səhvlərlə dolu saxta raport hazırlayıblar. Biz araşdırma aparırıq və məlum olur ki, sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər".

Z. Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. O qeyd edib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: "Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır".

Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirib.

Nazir bildirib ki, D. Tonoyanın səviyyəsinə enmək istəmir.

“Tonoyanın hərəkəti ucuz siyasi gedişdir. İnanın, müəyyən məqamlarda mən detallara vara bilmərəm. Ancaq onu deyə bilərəm ki, erməni tərəfinə misilləməsi ilə cavab verilib. Yaxın günlərdə siz bu hərəkətin əks-sədasını eşidəcəksiniz”-müdafiə naziri bildirib.

Nazir onu da deyib ki, Azərbaycan ordusunda aparılan islahatlar uğurla davam edir, ordu inkişaf edir. Bununla bağlı, sübutlar var. Orduya müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: "Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər". 

635x100

Şərhlər

t.ədalət 2019-06-18 10:54:46

Cənab nazir!"Birinci"və"İkinci" Qarabağ savaşı yoxdur.Rusiyanın Qarabağ və ətraf rayonlarda erməni adı altında başlatdığı müharibənin başlanğıcı var,sonu hələ olmayıb.Həmin müharibə davam edir.Nə qədər ki müharibənin törədilməsinin əsas səbəbkarı olan Rusiyanın adını çəkmirik,bu müharibə bitməyəcək!

Son yazılar