Səhiyyə naziri istefa verib - Gürcüstanda

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, bunu o, özü jurnalistlərə bildirib.

Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib.

D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.

Qeyd edək ki, D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.

635x100

Şərhlər

t.ədalət 2019-06-18 12:07:55

Kaş,bizim səh.naziri də istefa verəməyə özündə güc tapaydı..

Son yazılar