İnterpolun həbs etdiyi şəxsə hökm oxunub

Azərbaycanın interpol xətti ilə axtarış verib həbs etdiyi Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə M. Mürsəlov 11 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu soyğunçuluqda təqsirləndirilib. O, Azərbaycan hüdudlarından qaçaraq istintaqdan yayınıb. İnterpol xətti ilə axtarışa verilib. M. Mürsəlov saxlanaraq Azərbaycana təhvil verilib. Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar