“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM...” – “Amma axşam Bakını tərk etdi...”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri Etibar Məmmədov olub. O dövrdə Etibar Məmmədova müxtəlif vəzifələr təklif olunması, lakin onun razılaşmaması haqda söz-söhbətlər dolaşırdı. Bəs o günlərdə Azərbaycanın aparıcı müxalif siyasi liderlərindən olan bu şəxs nədən vəzifəsiz qalıb?

Etibar Məmmədov Moderator.az-ın əməkdaşının bu mövzudakı suallarını cavablandırıb:

– Etibar bəy, 1993-cü ilin iyununda AXC iqtidarı və Heydər Əliyevlə hakimiyyət bölgüsü müzakirələrində sizin iştirakınız necə olub?

– O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə Baş nazir vəzifəsi təklif etmişdi. Hətta axırıncı gün, yəni, iyunun 17-də gündüz mən müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşdırılmışdı və mən hökumət başında durmağa razılıq vermişdim. Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi.

Heydər Əliyev də vəzifələr təklif edib mənə. Sadəcə, ona da bildirmişəm ki, mənim məqsədim vəzifə xətrinə post tutmaq deyil. Mən sizinlə ölkənin inkişafı haqda müəyyən razılaşmaya gəlməliyəm, bilməliyəm ki, siz ölkəni hansı istiqamətə aparacaqsınız. Əsas tələbim də ondan ibarət olub ki, Konstitusiyada dəyişiklik edilməli, yenidən parlament seçkiləri keçirilməli, yalnız bundan sonra prezident seçkiləri keçirilməlidir. Lakin Heydər Əliyev həmin şərtlərlə razılaşmadı və ona görə də mən heç bir vəzifəni qəbul etmədim. Burada gizlin bir şey yoxdur…

– Baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə?

– Bəli. Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə, dediyim kimi, Elçibəylə təkbətək görüşəndə, o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır. Axşam da yenidən görüşüb razılığa gəlmişik…

– Bəs Əbülfəz bəy Kələkiyə getdikdən sonra Heydər Əliyev özü ayrılıqda hansı vəzifəni təklif etdi?

– Heydər Əliyev Ali Sovetin sədri olanda mənə 1-ci müavin vəzifəsini təklif edib. Daha sonra isə baş nazirin 1-ci müavini və xarici işlər naziri vəzifələrini… Lakin dediyim kimi, mənim şərtlərim qəbul edilmədiyindən, bunların heç biri ilə razılaşmamışam.

– Belə çıxır ki, siz o dövrdə Azərbaycanda yaranmış xaotik situasiyada Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə razılaşmısınız?

– Bilirsiz, Heydər Əliyev o dövrdə həlledici fiqurlardan biri idi. Lakin yenə deyirəm: Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm. Bu, AXC liderlərinin özlərinin təşəbbüsü ilə olub. Onlar yığışıb belə qərara gəliblər ki, Heydər Əliyevi Bakıya dəvət etsinlər və ona hakimiyyət bölgüsünü də təklif etsinlər. İndiyədək bunu dəfələrlə İsa Qəmbər, Pənah Hüseyn və digərləri də etiraf edib ki, biz o vaxt toplandıq və belə qərara gəldik. Hakimiyyətdəkilər belə bir qərara gəldikdən sonra mən niyə etiraz etməli idim?!

635x100

Şərhlər

Şair 2019-06-18 13:24:53

Hamınızdan xaiş edirəm, siyasi düşuncelerinize uyğun yox, Allaha xatir- heqiqeti eks etdiren əlahəzrət faktlara esaslanıb rey bildirin. Men, sizinle həmsöhbət olmaqdan qurur duyuram.

Şair 2019-06-18 13:24:53

Aqressivlikden ve məddahlıqdan uzaq biriyem. Çün, uzun illerdi Vahid olan İqtidara (c.c.) secde edirem. Aqressivlik yalnız yalan danışanlara mexsus sifetdi. Bizneslese bu gun hamı meşğul olur. Orta ve kiçik hecmde. Etibar Memmedovun leyaqetine xelel getire bilecek bir zerrede tapmaq mumkun deyil. Çünki yoxdur.

Şair 2019-06-18 13:24:53

Əzizlərim, Etibar heç də özünü kimseden uca tutmur, ne keçmişde, ne de bu gun her hansısa vezifenin herisi olmayib. Seçkilerde iştirak edib ki, milletini hamımızın arzuladığı nurlu güne çıxartsın. Onu da qismet olmağa qoymadılar. Sesinide uzun iller çıxardıb. Sesini çıxartmasaydı Rusiyanın en dehşetli konslagerine düşmezdi.

Şair 2019-06-18 13:24:53

Mənim fəlsəfi fikirlərim yalnız mənim əsərlərimde təzahür edir. Millətimin övladlarıyla müzakirə de ise sırf heyat tecrübeme, keçmiş peşəmə ve uca milletime olan eşqime esaslaniram.

Şair 2019-06-18 13:24:53

Deyerli hemsohbetim "Köhnə" yazdıqlarinin çox hissesiyle tam raziyam. Dunen de, bu gunde danidanda ağzına çullu dovşan sığmayanları yaxşı tanıyıram. Bir çoxunun işi ile şexsen tanışam. Hansı meshebe qulluq etdiklerini əla bilirem. Hamısının da öz nefsine qul olduqlarına beledem. Amma, sadaladığın şəxslerle Etibar Məmmədovun yolu AXC hakimiyyete gelene qeder müeyyen menada paralel olub. Hakimiyyet qamarlanan gündənsə Etibar Məmmədov unudulub.

Müfəttiş 2019-06-18 13:24:53

90 cı ilin iyun hadisələrində həmin bu Etibarın partiyadaşları, sözün həqiqi mənasında Sürətin quldurları ilə birgə fəaliyyət göstərirdilər. Şirvan bölgəsinin bir neçə rayonunda yerli hakimiyyəti qovub oz üzdəniraq icra başçılarını təyin etmişdilər.Göyçay, Ucar, Zərdab royonlarına rəhbərliyi Sürət bunlara həvalə etmişdi.Göycayın İcra başçısının müavini də o hadisələrin qurbanı oldu. İndi mələk qiyafəsində özünü təqdim edir....

Mənəm 2019-06-18 13:24:53

Millət olaraq o vaxt istiqlal, bütövlüye nail olacayıq ki, ən kiçik fərdimizdə Allah qarşısında məsuliyyətini dərk edərək böyüklüyə imza atacaq. And olsun Allaha; Etibar Məmmədov şərəfli insan, vicdanlı siyasi xadim, əsl Azəri türkü,namuslu ailə başcısı,kamil, ziyalı və hər bir vətəndaşımızın rifahını düşünən böyük ürək sahibidir.

Tekrar men 2019-06-18 13:24:53

Hər bir Azərbaycan vətandaşı, hər bir Turan türkü öz mənində ziyalıdır. Allah bizi fitrətən bele yaradıb. Rəy yazmazdan öncə öz içinizə nəzər salın. Orda nə görseniz, onu böyük hərflerle yazın.

Bir daha men 2019-06-18 13:24:53

Kim ne yazır, yazsın. Amma kimse başının üstünde Allahı unutmasın başqa adla tenqid yazan şexsler,öz heyat yolunuza diqqet edin. Etibarın millet üçün etdiyi fedakarlıgın milyonda birini etmisiniz mi? Elinizi qoyun vicdanınıza ve and için ki, Etibarın her hansı bir sehvinin canlı şahidi olmusunuz.

Yene menem 2019-06-18 13:24:53

Senin, menim, onun ovladinin azad ve firavan geleceyi üçün zebani ile, şimirle dolu kamerada zülmə meruz qalmışdıda...

kohne 2019-06-18 13:24:53

Heyder ve Quluya.Siz eyni adamsiz?Eybi yox!Axi esas meseleye cavab vermediz!Etibar nasosnudaki herbi hisseni neynirdi?Men size deyim.Yeqin yaxşi bilirsiz Rehim "bey"-le dost idi.Her zaman Rehimin mudafie nazirinin kabinetinde yaninda oturardi.Yaninda ha.Qarabagin mudafiesi,yeni mudafiesizleşdirilmesinde Rehimle beraber onunda rolunu oyrenmek lazimdir.Stul qoyub oturardi.Etibar bic ve ozunu duşunen siyasetci olub.Hop-menniy doyul.Men post tutmamişam ki.Bes Etibarin destesi neye lazim idi?

Çərkəzoğlu 2019-06-18 13:24:53

Özünüzə sual verin. Etibar KKB-in tecridxanasına kime gore duşmüşdü? Nazir idi, katib idi, sahibkar idi? Hansı təşkilata rehberlik edirdi? Vergiden yayınmışdı? Rüşvet almışdı? Ölkəni başsız qoyub qaçmısdı? Güllelenmelere qol çəkmişdi? Ve s. Ve ilaxır

Eli 2019-06-18 13:24:53

Bezinizin yaşı,bezinizin savadı, bezinizin ise dunya gorusu metnlerden gorunur. Etibar Memmedovun keçdiyi yola beled olmayan onun haqqında doğru rey bildire bilmez.

Şair 2019-06-18 13:24:53

Hörmetli "köhne", "Arif", "Nadir-ə" ve diger menfi reylerin müellifleri :her kes oz fikrini bildirmekde serbestdir. Söz, o vaxt haqq yuku daşiyib gozelleşirki, terkibinde kin, qerez,mekr ve qara nefsi mudafie eden meğz olmur.

zakir 2019-06-18 13:24:53

elcibey xalqi darda qoyub qacdi

Nadir-ə 2019-06-18 13:24:53

Etibar qorxmazdır? Bəs 20 yanvar gecəsi niyə gizlənmişdi?Nİyə həmin gün onun,Nemətin,Pənahın və digər pafoslu "natiq"lərin ayağına belə daş dəymədi?Çünki təşkil etdiklərini əvvəlcədən biliblər və gizləniblər.Arturun Bakıya Rus ordusu çağırmasını əvvəlcədən bilib və gizləniblər ki, bu da insanları aldatdığlarını və özlərinin qorxaq olduqlarını sübut ediblər.o

Arslan 2019-06-18 13:24:53

Etibar Məmmədovun xalq hərəkatında xidmətləri olub. Bunu heç kim danmır. Ancaq kohnenin dedikləri də həqiqətdir. Bir sualı da mən verim. Etibarın Laçın yaxınlığında olan dəstəsi döyüşə qatılmayacaqdısa,ora nə üçün getmişdi? Başqa suallar da var. Müxtəsəri E.M. 1993-cü ilin hərbi qiyamınının siyasi dəstəkçilərindən biridir. Tarixi heç kim saxtalaşdıra bilməz. AMİP-çiləri tərif sırasına düzməklə deyil. Yaxşı ki, o vaxt hakimiyyətdə təmsil olunmayıb, yoxsa özünü başqa cəhətdən də rüsvay edərdi.

vanqa 2019-06-18 13:24:53

rəy yazanlar "köhne"xaric hamısı etibarın ətrafıdı-sual nə edib sizin etibar Azərbaycan üçün?

dadaşyev 2019-06-18 13:24:53

Bir cümlə ilə olan şərhlərin hamısını bir adam yazıb başqa-başqa adlarla.Sözlərin düzülüşü və cümlələrin ruhu belə deyir.

Waiq 2019-06-18 13:24:53

Etibar bey o vatx baw nazir olmasaniz bu sefer olarsaniz iniw allah

miri 2019-06-18 13:24:53

Bu saytda aktual mövzulara verilən kommetlərin müəlliflərinin əksər adlarını himnimiz tanıyırıq .Amma burda eyni stildə yazılan əksər kommentlərin yeni adlarla olan müəllifləri qonağımız uzunmüddətli olacaqmı? Maraqlı sual deyilmi?

DinimIslam 2019-06-18 13:24:53

Mence Etibar Memmedov Bas nazir vezifesinde oturmalidir en azinnan, cun ki bu xalqin geleceyini dusunen bir insandir, Etibar Memmedov 1993

Etibara 2019-06-18 13:24:53

Razılaşanda düşünə bilmədiniz ki,bu vəzifədə sənaye,iqtisadi biliklə yanaşı təcrübə də vacibdir.Elə ikinizin də başı o cür işləyib deyə ölkə bu günə düşüb.Nə üçün milləti aldadaraq meydanlara yığdığınız 1993-də bəlli oldu.Bəs 30 ildir niyə səsin çıxmır?Yəqin ayıblarından xəcalət çəkirsən.Ancaq Sizlər millətə açıldınz və kim olduğunuz aşkardır.Daha o günlər getdi... 20 yanvar gecəsi harada gizlənmişdin?Sizə etibar edən millət yanıldığını çoxdan anlayıb.

Mezahir 2019-06-18 13:24:53

Parlamentin sedri olmaq Etibar Memmedovun boynuna bicilib.

Mehemmed 2019-06-18 13:24:53

Allah yardimciniz olsun Etibar Muellim.

Arif 2019-06-18 13:24:53

Hə istəyirsənki Etibara cavab yazmayasan olmur Etibar bəy bəlkə yaxşı-yaxşı fikirləşəsən sizi kim baş nazi etmək istəyirdi?və niyə etmək istəyirdi birdə Neymətlə birlikdə sürətin yanında canfaşanlığınızdan bir-iki kəlmə söyləsəydiniz pis olmazdı sizə və sizin kimilərinə tam səmimi deyirəm Allah Elçibəyi rəhmət eləsin amma rəhmətlik sizin səmimiyətinizə inanmırdı necəki rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev sürətin və sizin səmimiyətinizə inanmadığı kimi.

Nadir 2019-06-18 13:24:53

Xalqin sizin kimi qorxmaz merd insana siyasetciye ehtiyacivar, umud edirik ki sesimize ses vererek bizi tek qoymzsiz.

t.ədalət 2019-06-18 13:24:53

Köhnə palan içi tökə-tökə pis durumda qalmışıq.Bütün bunlara son qoymağın,ölkəni ağır sosial vəziyyətdən və işsizlik problemindən xilas etməyin yolunu tapmaq lazımdır.Köhnələr qaldı keçmişdə.Hazırda nə sosial sahədə,nə də ki işğal edilmiş ərazilərin azad edilməsi istiqamətində heç nəyə nail ola bilməmişik.Elmar Məmmədyarovun qarışıq-bulaşıq nitqindən başqa əliumizdə heç nə yoxdur.

Fuad 2019-06-18 13:24:53

Halaldi size. İnaniram ki mehz sizin donusunuzle arzularimiz reallasacaq.

Feride 2019-06-18 13:24:53

Etibar Muellim cox gozel insan vetenperver ve xalqini seven biridir. Allah size omur versiz. Umudumuz sizedir.

Ferec 2019-06-18 13:24:53

Musahibeni oxudum qisadir amma cox gozel ve ureyacan musahibedir. Etibar Memmedov haqqinda ne qeder danissaqda azdir.

Sahin 2019-06-18 13:24:53

Qisa musahibe olmasina baxmayaraq dusunurem cox seyler izahini tapir..

Elcin 2019-06-18 13:24:53

Esger, ne yazdiqivi anlamadim. Fikrivi aydin yaz ki belke fikirlerivin formalasmasinda sene yardimci olduq?

Feqan 2019-06-18 13:24:53

Etibar Memmedovun xalqimiz ucun etdikleri daniaz faktlardir Bu musahibedede tesdiqini tapir

Mehman 2019-06-18 13:24:53

Etibar beye vezife deyil Azerbaycan millətinin istiqlaliyyəti lazımdır!

Günel 2019-06-18 13:24:53

Daim Azerbaycan üçün çalışan insan var olun Etibar bey!!!

Penah 2019-06-18 13:24:53

Sizin düzgün siyasətinizə Azerbaycan xalqının çox ehtiyacı var!!!

Elnur 2019-06-18 13:24:53

Etibar bey xalqımız üçün çox fedakarlıqlar etmişdir!!!

Nigar 2019-06-18 13:24:53

Allah sizi pis niyyetli insanlardan qorusun

Fərid 2019-06-18 13:24:53

Elçi bəy H.Əliyevlə oyun quraraq son anda da E.Məmmədova Baş nazirlik vəzifəsi verməməsi üçün həmin gecə qəfldən Kələkiyə qaçması onu deməyə əsas verir ki, Əliyevlər planı birgə qrublar və həyata keçiriblər. Bir-birlərinə top ötürürüb, xalqı ortada oynatdılar. Bədbəxt etdilər

Nicat 2019-06-18 13:24:53

Var olasiz,Bizim size ehtiyacimiz var

Nadir 2019-06-18 13:24:53

Etibar müəllim çox haqlısız...

Surxay 2019-06-18 13:24:53

Etibar müəllim həmişə haqlıdır və hər zaman düzgün addımlar atıb.

esger 2019-06-18 13:24:53

Ola biler ki? guclu insanin etrafi -silahdaslari? muavinleri AMIPi 1995-2005 terk edib hansi yolu secibler ve hansi movqeden cixis edibler Nazim Imanov? Vaqif Musayev? Zulfuqar Maheremli? Sadman Huseynov ve degerleri Etibar Mamedov vahid komandani yarada bilmeyib oz kadrlarini yaxsi tanimayib Teseffur edek ki bu komandani ozunle her hansi bir nazirliye getirerdi.... netice???

Elcin 2019-06-18 13:24:53

Allah canivizi sag elesin,Bir gun siz olarsiz Insallah

Rauf 2019-06-18 13:24:53

Siz olsaydiz indi tamam baska cur olardi ama alinmadi

Sahin 2019-06-18 13:24:53

Allah sizi var elesin

Nazim 2019-06-18 13:24:53

Etibar müəllim kaş ele o vaxt siz geleydiniz indi Azerbaycan tamamile ferqli bir veziyyetde olardi

Zaman 2019-06-18 13:24:53

Bəzi bədxahlar bir daha görsünlər ki, Etibar Məmmədova vəzifə lazım olsaydı, ən yüksək vəzifələri tutmuşdi. Bundan imtina edib.

Nazim 2019-06-18 13:24:53

Bu musahibe cox seyi acib ortaya qoyur. heqiqeti eks etdirir.

Elşad 2019-06-18 13:24:53

O zaman elçibey sizi esidsəydi her sey yaxşı olardı

Vugar 2019-06-18 13:24:53

Musahibe kankret yerine dusdu. cox xos oldu ki bele bir musahibe sosial sebekede yer aldi, bele musahibelerin sayi cox olmalidi ki bilmeyenlerde xeberdar olsun. InshALLAH

Efqan 2019-06-18 13:24:53

Xalqin lideri Etibar Muellim, umud edirik ki tekrar aktiv siyasete qayidarsiz..

Tural 2019-06-18 13:24:53

bu musahibe kankret yerine dusdu. oxodum ve heqiqetende konlume oxsadi.esilheqiqet budur.

Kohne 2019-06-18 13:24:53

Sos.Agsaqqal belkede siz öz arşininizla ölcürsüz.Yaxşi olmusuz ve yaxşida düşünmeye calişirsiz.Amma men Etibari Rehimin kabinetinde yan yana oturan gormüşem.Ele onda Azerbaycanin başina daş düşdü.Hele bir Memmed bey var idi Rehimin yaninda.Kohne taxi şoferi ve Necmeddin.

Elibey 2019-06-18 13:24:53

Bu musahibe boyuk ses soraqa sebeb olacaq. heqiqeti eks etdiren bele bir musahibelere ehtiyac var. xalq heqiqeti bilmelidir. onsuzda indi ki zamanede heqiqeti gizzetmek çox cetindir amma quvvelerde az deil.

Bashirov Qarib 2019-06-18 13:24:53

Etibar anoloqu olmayan hərbi- siyasi muxalifət yaratmışdır.Yeganə legitim hakimiyyəti qoyub,hərbi çevriliş edən,ziddiyyətli xarakterə malik qiyamçı qara polkovniklə iş birliyində idi.Nə vaxtsa,butun bunlara cavab verəcək.Mərhum H.Əliyev ona canlı yayında parlamentdə səlahiyətsiz dövlət katibi vəzifəsini təklif etdi,o da neft sahəsinin idarə olunmasını istədi və buna imtina edildi və vəssəlam.O ki, qaldı Elçibəyin ona Baş Nazir vəzifəsini təklif etməsinə, bu lap ag yalandır. Bu vəzifə S.Huseynov uçun idi.

Buqa 2019-06-18 13:24:53

Etibar Memedov bu hakimiyyetin memarlarindandir. O Azerbaycan xalginin en boyuk ..... Onun yeri Rehimin ve Suretin yani olmali idi. Lakin ona verilen.... Konlundende presdent olmaq isteyir. ...

Xeqani 2019-06-18 13:24:53

Eslinde bu hele qisa bir musahibedir. realliqi eks etdiren qisa bir muahibe.

S.o.s - s.o.s. 2019-06-18 13:24:53

Hörmətli "Köhnə", inan ki,Etibar Məmmədovla Rəhim Qazıyevin niyyətləri heç vaxt üst-üstə düşməyib. Etibar Məmmədovu, ancaq, millətinin taleyi düşündürüb və narahat edib. Sən, artıq yaşlanmış, o vaxt hüquq-mühafizə orqanlarında çalışmış , tərəfkeşlik bilməyən bir ziyalıya inana bilərsən. Həmişə ağa ağ, qaraya qara demişəm.

Elçin 2019-06-18 13:24:53

Etibar bey Allah sizi var elesin

Guler 2019-06-18 13:24:53

Onun pakisdanda Muselman qardaslarimiz terefinden cox boyuk hormetle qarsilanmasi bu gunde izleyerken Azerbaycanli olaraq cox boyuk qurur hiss edirem...

Celil 2019-06-18 13:24:53

Teesuf ki Etibar Memmedov bu gun aktiv siyasetden uzaqlasir, ermenisdanin gec tez labud meqlubiyyetinin Etibar Memmedov xeyli tezlesdire bilerdi.

TURK 2019-06-18 13:24:53

Etibar Memmedovun Lefertovo cehenneminde cekdiklerini her igid her oqul ceke bilmez.

yalçın 2019-06-18 13:24:53

lefortovo onu .....milmil məylisdə surətlə yanaşı oturduöu bariz sübutdur

Celal 2019-06-18 13:24:53

Beynelxalq Alemde ve Azerbaycanda Etibar Memmedovun genc yasinda qazandiqi nufuz o vaxt her iki hakimiyyet terefinden duzgun istiqamet verilseydi biyabirci biskek pratakollar ehtiyac olmazdi.

S.o.s.- s.o.s. 2019-06-18 13:24:53

Erməni kimi düşməni olan bizim, bir-birimizi suçlamaq ixtiyarımız yoxdu. Milli dəyərləri qorumalı, dilimizdən duaları əksik etməməliyik; Allah millətimizi qorusun! Dövlətimizi dam qalib etsin! Bizləri öz himayəsinə götürsün! Şəhidlərimizi Kərbəla Şəhidləri ilə məşhur eləsin! Bizi islah edib,Ona doğru gedən yoldan sapmağa qoymasın! Amin!

Şair adı ilə komment yazana 2019-06-18 13:24:53

Şairin fəlsəfi fikirlər yenilik deyil.Elə AZərbaycanı bu günə salan ümumi,adressiz,boşuna söylənmiş çeynənmiş çıxışlar oldu.Ay şair,buradakı tənqidi yazıların hamısı özünü özündən yüksək hesab edən Etibar bəyə ünvanlanıb.Yalandırsa,saytda təkrar çıxş edib əsaslarla sübut etsin ki: ondan hansı keyfiyyətlərinə görə baş nazir olar,20 yanvar hadisəsi zamanı harada gizlənib, Nİyə ölkədəki talançılığa, klançılığa,regionçuluğa,qohumbazlığa qarşı 26 ildir niyə səsi çıxmır və sairə.Axı o həmişə xalq adından çıxış

Muzeffer 2019-06-18 13:24:53

Cox gozel bir musahibe. Esq olsun Etibar Muellim.

seda 2019-06-18 13:24:53

etibar mallimin ne qeder daniwan ... bir cumleynen konul xasiyeva kimi hamisi xirdalayir)

Seddam 2019-06-18 13:24:53

Etibar Mmemmedov hec vaxt hakimiyetde temsil olunmayib.

Qulu 2019-06-18 13:24:53

Kohne, emin ol ki sennen de kohneler var ki hansilar ki sennen qat qat daha melumatlidir. Etibar Memmedovun Azerbaycan xalqina etdiyi xidmetleri sadalamaqla bitirmek olmaz.

Huseyn 2019-06-18 13:24:53

Etibar Memmedovun Beynelxalq Demokratik Itdifaqda temsil olunasi nenki temsil olunmasi, hetda sedir muavini vezifesine yukselmesi Azerbaycanin sesinin en yuksek Tribunalarda seslenmesi haqli movqeyinin esasli suretde mudafiyesi demek ididi.ABS-in bele hemin itdifaqda uzv olduqu halda yegane muxalifet partiyasinin rehberi idi ki Etibar Memmedov Temsil olunmusdur

Heyder 2019-06-18 13:24:53

Kohne, Axsamin xeyir. bil ki sennende kohneler var. bilmiyib oyrenmek ayib deyil. evvela Etibar Memmedovun hec bir vezifesi olmuyub, Etibar Siyasi partiya rehberi olaraq Azerbaycan qanunvericiliyinde cox boyuk islere imza atib. bunlardan biri Azerbaycanin musdeqilliq akdidir. Ikincisi Azerbaycan milletinin qevi dusmeni olan farslarla o taydaki Azerbaycanin azadliqi uqrunda mubarizesi tarixin sehifelerinde gun be gun yox saat be saat kok atacaq.

Kohne 2019-06-18 13:24:53

Terifler yagdiranlara bir sual?Etibarin destesi var idi!Nasosnuda.Emelli başli herbi hisse.niyeve neye qulluq edirdi?Etibar demek olar ķi, iqtidarda idi!Hakimiyyete hansi komekliyi etdi?Birde Etibar siyasetciolaraq hansi fenomenal iş gorub?

Turan 2019-06-18 13:24:53

Etibar bey Axsaminiz xeyir. sizin o vaxt bas nazir posduna gelmeyiniz Azerbaycan milletinnen basqa hec kese serf etmezdi ona gorede o teklifer size dirnaq arasi teklif olunmusdu. ne ruslar nede farslar sizin kimi millet asiqinin eline hokumet bascisi posduna kecmeyniz serf etmezdi.

S.o.s-s.o.s. 2019-06-18 13:24:53

Saytın rehberliyine öz adımdan ve menimle eyni mövqeden çıxış eden pensiyonerlerin adından minnetdarlığımı bildirirem ki, bu cür exlaqi normaları gözleyen polemika teşkil edibler. Bizim millete yaraşanı da budur. Birimizin sözü digerimizin boğazından keçmelidir. Reylerimizi bu cür paylaşsaq , müeyyen xeyirli orta mexrece gele bilerik.

İlqar Rusiyalı 2019-06-18 13:24:53

Etibar Məmmədov ..... Kəmaləddin Heydərov ilə iş birliyi qurub, Bakıda və Turkiyədə biznes şəbəkəsi var.

Sabir 2019-06-18 13:24:53

Etibar da,Rəhim də və onlara qoşulmuş digər şəxslər də bir mərkəzdən idarə olundğu bu gün hamıya aydındır.Guya Elçibəy göydən düşmüşdü?Görmədiniz ki. onu br gecədə Kələkiyə göndərdilər,ona orada normal yaşama şəraiti yaratdılar.Sonralar Bakıda ev verdilər və sairəə. İndi onlar müxtəlif yerlərdə yerləşdiriliblər,lazım gələndə (onların fikrincə ) tək-tək ortaya atdırılıb millətin başını qatmaqla məşğuldurlar. Ancaq...

Son yazılar