Polis işçisi intihar etdi - Ağır maddi durum səbəbindən

Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.

Bu barədə “oxu.az”a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb.

Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub.

Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.

Hazırda intihar faktını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə yerində kriminalistlər məktub tapıb.

Orada R.Hətəmovun kimlərə borcunun olduğu və müvafiq olaraq məbləğləri göstərilib. Polis əməkdaşının ümumilikdə 15 min manatdan çox borcu yığılıb.

İlkin ehtimala görə, onu bu addımı atmağa məhz maddi sıxıntı və yığılan borcları vadar edib.

635x100

Şərhlər

Etibar 2019-06-18 14:53:44

Ayda ən azı 600-700 manat maaş alan polis əməkdaşı intihar edirsə,bu YAP hakimiyyətinin vətəndaşların maddi rifah halının daim artması barədə bəyan etdiyi saxta məlumat olması deməkdir.

Son yazılar