ABŞ İRANIN BİR NÜVƏ OBYEKTİNİ VURACAQ! – “Bu hərbi plan müzakirə olunur”

Dərc olunub: 18/06/2019 - 17:30

15573262093787649516_1000x669

Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti İranın nüvə proqramı obyektinə aviazərbə endirmək imkanlarına baxır. Bu barədə Birləşmiş Millətlər Təşkilatındakı (BMT) diplomatik mənbələrə istinadla «The Jerusalem Post» nəşri yazıb.

Mənbənin sözlərinə görə, bir konkret hədəf üzrə çoxsaylı aviazərbələrin endirilməsi variantı (massiv zərbə) müzakirə olunur.

Nəşrin məlumatına görə, bu məsələyə baxılması ilə ABŞ hərbi komandanlığı, Pentaqonun nümayəndələri və ABŞ prezidenti Donald Trampın müşavirləri məşğuldur.

Qeyd edildiyi kimi, bu məsələ İranın bu yaxınlarda uran istehsalını artırmaq barədəki bəyanatından sonra müzakirəyə çıxarılıb.

Bununla bərabər, nəşr yazır ki, prezident Tramp İranla bağlı situasiyanın hərbi yolla həllində maraqlı deyil, ancaq dövlət katibi Mayk Pompeonun məsləhətini qəbul edə bilər.

İranın konkeret olaraq, hansı nüvə obyektinin bombardman hədəfi olacağı barədə məlumat dəqiqləşdirilmir.

Xatırladaq ki, iyunun 17-də İran bəyan edib ki, iyunun 27-dən etibarən, az zənginləşdirilmiş uran istehsalını artırmaq niyyətindədir. Beləliklə də İranda az zənginləşdirilmiş uran ehtiyatı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə nəzərdə tutulmuş limiti adlayacaq.

AzPolitika.info










loading...


Fikrinizi bildirin