BMT Mursinin ölümü ilə bağlı müstəqil araşdırmanın aparılmasına çağırıb

Dərc olunub: 18/06/2019 - 19:10

425d08f543e59b0BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı müstəqil araşdırmanın başladılması ilə bağlı çağırış edib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Komissarlığın sözçüsü Rupert Kolvill bildirib.

“Məhəmməd Mursinin həbsxanada olduğu 6 il müddətində onun saxlanma şəraiti, tibbi yardımın qeyri-kafi olması, vəkilləri və ailəsi ilə əlaqə saxlama imkanlarının məhdudlaşdırılması ilə bağlı narahatlıqlar meydana çıxıb. Bu araşdırma Mursinin saxlanma şəraitinin onun ölümündə rolunun olub-olmadığına aydınlıq gətirməlidir. İstintaq müstəqil məhkəmə və ya digər səlahiyyətli orqan tərəfindən həyata keçirilməli və onun ölüm səbəbi tez və qərəzsiz araşdırılmalıdır “,- deyə Kolvill qeyd edib.






loading...


Fikrinizi bildirin