PREZİDENT YENİ SOSİAL PAKET İMZALADI - Minimum əməkhaqqı və maaşlar artırıldı

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Bundan əvvəl Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

"Sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.

Sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Sədr – 3060 manat

Sədrin müavini – 2845 manat

Katib – 2110 manat

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılsın.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

635x100

Şərhlər

Sara 2019-06-19 20:12:02

13 saylı ərazi maliyyə hesablaşma mərkəzi üzrə təhsil şöbələrinin mühasibatlıqlarının vəzifə maaşları nə vaxt artacaq? Niyə nə mart ayında olan, nə də sentysbr-2019 cu ildə nəzərdə tutulan artımın 13 saylı ərazi maliyyə hesablaşma mərkəzlərinin təhsil şöbələrinin mühasibatlıq işçilərinə aidiyyatı yoxdur. Onlar hava ilə qidalanır? Belə haqsızlıq olar?

Gəncəli 2019-06-19 20:12:02

Hörmətli Rabitə Naziri sən də heç olmasa rabitəçiləırin maaşını 40 % artır NOOLAR!!!!!

İqtisadçı 2019-06-19 20:12:02

Minimum əmək haqqının qaldırılması yalnız Vergi Nazirliyinə və digər oranlara cərimələrin məbləğini qaldırmaq üçündür.Yoxlamaların nəticələrinə görə firmalar 15-200 qat minimum əmək haqqı həcmində cərimələnirlər. Ancaq minimum əmək haqqnın qaldırılması o zaman xalqa fayda verər ki,minimum əmək haqqının arım faizi qədər hamının maaş artsın.

kamran 2019-06-19 20:12:02

Bundan əvvəl minimum əmək haqqı 180 manat müəyyən olunmuşdu, heç onu görən oldu?Bunlar hamısı kağız üzərində qalır,heç nə də artmır-qiymətlərdən və arterial təzyiqdən başqa..

Pensiyaçı 2019-06-19 20:12:02

Bəs pensiyalar nə vaxt 40 faiz artacaq? Axı pensiyaçılr ömrünü vətənə həsr etmiş insanlardır.Bunu Hadıdan və Sahildən soruşsaq əhəmiyyətsiz olar.Çünki Hadını öz obyektlərinin gəliri maraqlandırır.Sahil isə bunu anlamaz.Milli Məclis isə Milli deyil.

Amon 2019-06-19 20:12:02

BES DOVLET QULLUQCULARIN EMEK HAQQI NIYE ARTMIR NECE ILDIR

Analitik 2019-06-19 20:12:02

Bu maaş artimi ancaq bezi qurumlarin bezi hisselerine şamildir. Yuksek rangli işçilerin maaşlari onsuz da az deyildi.. TEHSIL (Ali TEHSIL muessiseleri de daxil olmaqla), tibb, elm ve s. sahelerin buna daha Çox ehtiyaci vardi. Istehlak mallari neçe defe ve neqliyyat qiymetleri 50% qalxmişdir! Bundan evvelki qerarda da, orta mekteblerin, tibb muessiselerinin bir qismine artim oldu. Universitetler ve elmi hisseLer hele de kohne mevaciblerde qalmaqdadir.. Dovlet desteyi olmadan daxilden bu mumkun deyildir..

Ayrım 2019-06-19 20:12:02

Atalar yaxşı deyib -Dolu dənizə yağarmış-

Analitik 2019-06-19 20:12:02

Iqtisadçinin sozunu quvvet, yadimdadir Sovetler doneminde minimum emek haqqLari artanda pensiyalar, orta ve ondan yuxari mevacibler de avtomatik artardi. Hansiki, onda hele valyutanin (faktiki) deyeri de bundan çox idi ve qat-qat uçuzluq idi.. Açigi o qerar çixanda evvel-evvel men de ele başa duşdum, ancaq tam bir başqa versiya oldu.. ( Hormetli ve alicenab Prezident, real iqtisadi veziyyeti nezere alaraq, minimum ve orta umumi emek haqqlarinin artirilmasina serancam vermeyinizi Sizden xahiş edirik..

yalçın 2019-06-19 20:12:02

1 sıfır artırsın çox gec də olsa heç olmasa..

Elgün 2019-06-19 20:12:02

....yetim elə yetimdə qalacaq!

Şəkidən Əlosət Ağayev 2019-06-19 20:12:02

Minimum əmək haqqını 250 manata çatdlrıblar. Amma, bu dövlət əlli il mənim qanımı sovurub, mənim əmək haqqımdan kifayət qədər tutublar, amma 51 illik fasilədiz sığorta stajıma, cəmi 210 manat pensiya hesablayıb. Məhz bu səbəbdən mən 7 növ xəstəliklərdən əzab çəkən 68 yaşlı hərbi xidmət əlili, ac qalmamaq məqsədi ilə, belə əzablarla hələ də işləməyə məcbuar. Bax budur buzim sosial vəziyyətimiz.

Son yazılar