Paul Poqbaya fantastik təklif

 

"Mançester Yunayted" yarımmüdafiəçisi Paul Poqbanı heyətində saxlamaq üçün hərəkətə keçib.

"Qırmızı-şeytanlar" fransalı yarımmüdafiəçinin maaşını artırmaq istəyir. Belə ki, klub rəhbərliyi "Real" və "Yuventus"un maraq dairəsində olan 26 yaşlı futbolçunun həftəlik 290 min funt-sterlinq (325 min avro) olan maaşını 500 min funt-sterlinqə (560 min avro) qaldırmaq niyyətindədi.

Poqba bu təkliflə razılaşsa, ildə 26 milyon funt-sterlinq (29 milyon avro) qazanacaq.

Qeyd edək ki, "Yuventus"dan "Mençester Yunayted"ə 105 milyon avroya transfer olunan Poqbanın klubla 2021-ci ilin yayınadək müqaviləsi var.(Fanat.Az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar