Ağstafada 34 yaşlı kişi kombaynın altında qalıb
Baxiş sayı:
Dərc olunub:
18/06/2019 - 22:26
Ağstafada yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yaradullu kənd sakini, 34 yaşlı Turxan Hüseynov taxıl sahəsində biçin zamanı kombaynın altında qalıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, biçin zamanı kombaynda nasazlıq yaranıb. T.Hüseynov nasazlığı düzəltmək istəyən zaman kombaynın mühərriki işə düşüb və onun üstünə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Son yazılar
08:40
ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? – “Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.