Polşada sərxoş kişi şəhər küçələrində tank idarə edib - VİDEO

Polşada sərxoş kişi şəhər küçələrində T-55 tankını idarə edib.

"Report" "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə Paençno şəhərinin mərkəzində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları şəhərdə tankın hərəkət etməsi barədə məlumat alıblar. Əraziyə gəlmiş patrul əməkdaşları sovet tankını və iki nəfəri aşkarlayıblar.

Qeyd edilir ki, tankda aşkarlanmış şəxslərin hər ikisi, o cümlədən onu idarə etmiş 49 yaşlı kişi sərxoş olub.

Hərbi texnikanı əvvəlcə qoşquya qoşublar. Qoşqu sıradan çıxdıqdan sonra hərbi maşının sahibi tankla şəhərin küçələrində gəzməyə qərar verib. O, bu zaman tanka bir nəfəri də mindirib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar