Kolumbiya-Venesuela sərhədində partlayış törədilib

Kolumbiya və Venesuela sərhədində yerləşən yaşayış məntəqəsində partlayış törədilib.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti bildirib.

Qeyd edilir ki, hadisə Kolumbiyanın Norte-de-Santander departamenti ilə sərhəddəki Boka-de-Qrita kəndində qeydə alınıb. Naməlum şəxslər partlayıcı qurğuları işə salıblar. Partlayış zamanı 12 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.

Kolumbiyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı iki nəfəri saxlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar