«İranın raketləri istənilən dəniz hədəfini məhv edə bilər»  - General Hüseyn Salami

İslam İnqilabı Keşikçiləri  Korpusunun (İİKK) komandanı, briqada generalı Hüseyn Salami iyunun 18-də bəyan edib ki, İranın ballistik raketləri dənizdəki istənilən «platformanı» böyük dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

«Bu yüksək dəqiqlikli raketlər dənizdə platformaları məhv edə bilər. Raketlər İran istehsalıdır - onları «tutmaq» və digər raketlərlə vurmaq çətindir» - deyə, iranlı general çərşənbə günü televiziyadakı çıxışında bildirib («Röyter»).

İİKK-nun komandanının sözlərinə görə, İran ordusunun sərəncamında olan ballistik və qanadlı raketlər «Yaxın Şərqdə qüvvələr nisbətini dəyişib».

Hüseyn Salaminin bu şərhi ötən həftə Oman körfəzində neft tankerlərinə hücumdan sonra səslənib və Tehranla Vaşinqton arasında münasibətlərdə gərginliyin artmasına səbəb olub. Onun şərhi Birləşmiş Ştatların bölgədə hərbi iştirakının artırılmasına gətirib çıxardıb.

Xəbər verildiyi kimi, Birləşmiş Ştatların müdafiə naziri əvəzi Patrik Şanahan bazar ertəsi elan edib ki, ölkəsi Yaxın Şərqdə 1500 nəfər əsgər və zabitinə daha 1000 nəfər hərbçi əlavə edib. Onların bölgəyə göndərilməsi barədə mayın axırında xəbər verilib. Ağ ev və Pentaqon İranla sərhəddə hərbi iştirakının artırılmasının «müdafiə məqsədli» olduğunu və Tehran tərəfindən ola biləcək mümkün «təhlükə»ni neytrallaşdırmaq məqsədi ilə edildiyini bildirir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar