«Krım Ukraynaya qaytarılana qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq» - Merkel

Almaniyanın federal kansleri Angela Merkel bəyan edib ki, Rusiyaya yönəlik sanksiyalar Krım Ukrayana qaytarılana qədər aradan qaldırılmayacaq. Kansler bu bəyanatı Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, brifinqdə Zelenski ilə Ukraynanın suverenliyinin bərpası məsələsi müzakirə olunub və tərəflər Donetsk və Luqansk barədə söhbət aparıblar.

Merkel son vaxtlar proqresin olmadığını təəssüf hissi ilə qeyd edib və bildirib ki, Rusiyaya qarşı sanksiyalar Krımın Ukraynaya qaytarılmasına qədər qüvvədə qalacaq («İnterfaks-Ukrayna»).

Vladimir Zelenski də öz tərəfindən əmin olduğunu bildirib ki, Rusiyaya yönəlik sanksiya siyasətinin saxlanması qitədə sülhün bərpası üçün yeganə doğru yoldur («112 Ukrayna»). Onun sözlərinə görə, Angela Merkel əmin edib ki, Donbasa yönəlik Almaniyanın mövqeyi dəyişməz qalacaq.

Mayın axırında Zelenski və Merkel telefon danışığı aparıblar. Bu ərəfədə isə Ukrayna dövlətinin başçısı fransalı həmkarı Makronla görüşüb. Söhbətin yekununda Zelenski bəyan edib ki, əgər Rusiya Kiyevə yönəlik aqressiv siyasətini davam etdirərsə, Ukrayna «barıt çəlləyi»nə çevrilə bilər. Onun fikrincə, bu zaman Avropa ölkələri özlərini təhlükəsizlikdə hiss edə bilməzlər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar