“Milan” Avropa Liqasından imtina etmək istəyir

İtaliyanın “Milan” klubu 2019/20 mövsümündə Avropa Liqasından kənar qala bilər.

APA-nın “Corriere della Sera”ya istinadən məlumatına görə, “rossonerlər” avrokuboklara qatılmamaq üçün UEFA-ya rəsmi müraciət hazırlayıblar.

Milanın eyniadlı təmsilçisi iyunun 30-dək maliyyə feyr-pleyi ilə bağlı öhdəlikləri yerinə yetirə bilməyəcəyindən ehtiyatlanıb. Avrokuboklardan imtina isə iqtisadi göstəricilərin qaydasına salmaq üçün UEFA-dan alınan əlavə vaxt rolunu oynayacaq.

Əgər UEFA “Milan”ın yarışı buraxmaq xahişini müsbət dəyərləndirsə, “Roma” Avropa Liqasının qrupunda, “Torino” isə təsnifat mərhələsində oynamaq hüququ qazanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar