ERMƏNİSTANI ÖTÜB, RUSİYAYA YAXINLAŞDIQ! - Minimum əmək haqqına görə kimdən öndə, kimdən geridəyik?

2019-cu ildə minimum əmək haqqının artıq ikinci dəfə artırılması şübhəsiz ki, kifayət qədər ciddi sosial və iqtisadi hadisədir. Bu göstəricinin ötənilki 130 manatdan əvvəlcə 180, sonra isə 250 manata, yəni təqribən 147 dollara qaldırılması üst-üstə az qala 100 faizlik artım deməkdir ki, bu da istənilən ölkə üçün olduqca böyük və ciddi irəliləyiş sayıla bilər.

Əslində, bu artım Azərbaycanın iqtisadi potensialının və imkanlarının kifayət qədər yüksək olduğuna və bu potensialın sosial rifaha yönləndirilməsinin vaxtının da çoxdan çatdığına işarədir. Təbii ki, sözügedən qərar böyük sayda büdcədən maliyyələşən təşkilatlarda çalışanların gəlirlərinə birbaşa müsbət təsir etmiş olacaq. Ardınca minimal pensiyaların da artırılacağını nəzərə alsaq, ölkə başçısının təqdim etdiyi son sosial paketin böyüklüyünü və əhəmiyyətini qiymətləndirməmək mümkün deyil.

Bu artımlar Azərbaycanın sosial sahədə dünya reytinqlərindəki yerinə də ciddi şəkildə təsir edib. "AzPolitika.info" araşdırıb ki, sözügedən qərardan sonra ölkəmiz dünya ölkələri arasında minimum əmək haqqının səviyyəsinə görə, təqribən 15-16 pillə irəliləmiş olub və Pakistan, İndoneziya, Vyetnam və Meksika kimi kifayət qədər böyük iqtisadiyyata malik ölkələri keçib. MDB məkanında isə bu göstəriciyə görə artıq Qazaxıstanı və Ermənistanı üstələyərək, Rusiyanın göstəricisinə (171 ABŞ dolları) yaxınlaşmışıq. Belə ki, Qazaxıstanda və Ermənistanda minimum əmək haqqı təxminən eynidir - 115 dollar. Azərbaycanda indiyə qədər bu göstəricinin xüsusilə də Ermənistandan aşağı olması təbii ki, böyük təbii sərvərtlərə və dəfələrlə güclü, potensiallı iqtisadiyyata malik olan ölkəmizə qətiyyən yaraşmırdı.

 

Eyni zamanda, minimum əmək haqqı səviyyəsinə görə, Belarus və Ukrayna ilə də demək olar ki, bərabərləşmişik. Belə ki, hazırda bu ölkələrlə aramızdakı fərq bir neçə dollardır. MDB üzrə ən yüksək minimum əmək haqqı göstəricisi rəsmi statistikaya görə Türkmənistanda (204 ABŞ dolları) olsa da, bu rəqəm yumşaq desək, reallığı əks etdirmir. Belə ki, Türkmənistanda həmin göstərici 790 türkmən manatıdır ki, bu da rəsmi kursla 204 ABŞ dolları edir. Lakin türkmən manatının “qara bazardakı” kursu, yəni daha real məzənnəsi rəsmi kursdan 5 dəfə (!) ucuzdur. Bunu nəzərə alsaq, həmin 790 manat 204 deyil, təqribən 40-45 dollar təşkil edir.

Qonşu Gürcüstanda isə orta aylıq əmək haqqı kifayət qədər yüksək (370 ABŞ dolları) olsa da, minimum əmək haqqı 53 dollardır ki, bu da yaşayış minimumundan (71 dollar) da aşağıdır. MDB üzrə ən aşağı göstəricilər isə Orta Asiya respublikalarına aiddir və bu sahədə anti-rekord 25 dollar olmaqla, Qırğızıstana məxsusdur. Bu göstərici ölkədəki yaşayış minimumundan 4 dəfə aşağıdır. Onu da qeyd edək ki, Ermənistanda da minimum əmək haqqı 115 dollar olmaqla, yaşayış minimumundan 15 dollar azdır. Azərbaycanda isə son qərarla ən aşağı maaş yaşayış minimumunu (105 dollar) təxminən 40 dollar üstələyir. Ümumiyyətlə, bu artımdan sonra Azərbaycan MDB ölkələri arasında ilk dördlüyə daxil ola bilib.

Bütün bunlarla yanaşı, qısa müddətdə minimum əmək haqqındakı bu artımın inflyasiya və devalvasiya kimi fəsadlar yaradacağına dair mülahizələr irəli sürülür. Ancaq bunun daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə və ümumilikdə biznes mühitinin xərclərinə təsir edəcəyi gözlənilir. Belə ki, minimum əmək haqqının artırılması onların işçilərinin və özlərinin sosial ayırmalarını 40 faizədək artıracaq. Bu, həm də sosial yığımların çoxalması deməkdir. Nəzərə alsaq ki, təkcə bu ilin ilk aylarında əmək müqavilələrinin sayı 100 minədək artıb, bu zaman sosial ödənişlərin artım səviyyəsini də təsəvvür etmək çətin olmaz. Yəni ki, hökumət bu sosial paketə çəkdiyi xərcin müəyyən bir qismini yenidən DSMF vasitəsilə cəlb edə biləcək.

Lakin bu addımın xüsusilə də devalvasiyaya səbəb olacağına dair söylənilənlər reallıqdan uzaqdır. Çünki devalvasiyanı şərtləndirən əsas indikatorlar başqadır və bu sahədə ciddi təhlükə görünmür.

İnflyasiyaya gəldikdə isə, doğrudan da qiymət artımı müəyyən dərəcədə hiss oluna bilər. Ancaq bunun da baş verməməsi üçün hökumət tərəfindən lazımi tədbirlər görülə bilər və görülməlidir. Çünki kifayət qədər böyük əhəmiyyətə malik olan və büdcəyə 100 milyonlarla dollara başa gələn bu sosial paketi qiymət artımına “qurban vermək” ən uğursuz nəticə olardı...

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

Vətəndaş 2019-06-20 00:36:15

Təhlil və nəticə tamamilə yanlış və aldatmadır.Çünki minimal əmək haqqı,minimal pesiya,orta əmək haqqı terminlərindən istifadə edib milləti aldadılır.Məsələn,minimum əmək haqqının artma faizi ilə niyə digər əmək haqqı alanların maaşı artmır?Bunun kimi niyə minimum pensiyanın artım faizi digər pensiyaçılara tətbiq edilmir.Misal: minimum pensiya (bu yaşa uyğun iş stajı olmayan şəxslərdir) 200 manata çatdığı halda niyə 50-60 il əmək stajı olanlar 230-240 manat almalıdır?Bəs sosial ədalət.haq-hesab harada qaldı

Analitik 2019-06-20 00:36:15

BeLi, sosial xarakterli, xususile de maaş ve pensiyalar artimi ile bagli qerarlar musbet ve Çox vacibdir.. Ancaq istehlak (gundelik telabat) mallarinin defelerle ve neqliyyat xerclerinin 50% qalxmasi, ayliq dolanişigi (praktiki) 15 gune endirir.. Kommunal xercler de bunun ustune gelende heç izah emek mumkun deyildir! Bir suaL ortaya çixir, Dovlet başçisi bu qurumlara (defelerle) maliyye vesaitleri ayirmişdir, bes onda hansi "ziyana işleyirik" deyib, qiymetleri artirdilar?! Mevaciblerin artimi umumi oLmalidi

Türko]lu 2019-06-20 00:36:15

Maaşların qalxması yaxşıdır.Amma Erməistanı ötməklə öyünmək nə dərəcədə düzgündür? Maaşların qalxması cüclü infilyasiyaya səbəb olcaq.Bəs maaşları qalxmayanlar nə edəcək? Məsələn rabitə işçiləri.Onların haqqında kim fikirləşəcək?

Gəncəli 2019-06-20 00:36:15

Bu qərarlar cox yaxşıdı amma təəsüfki poçt işçilərinə şamil edilmir. Keçən artimda poç işçilərinin maaşı düz 70 qəpik artdi!!! 179.30 dan 180-ə qalxdı son artımların heç birindən poçt işçiləri yararlanmayıb axırıncı dəfə maaş artımı 2016 cı ildə olub 10 faiz poçtaviklər nə yemək yemir nə qaz işıq su işlətmir Rabitə Nazirinin poçt işçilərindən xəbəri yoxdu

O.B.N 2019-06-20 00:36:15

«Minimum əməkhaqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ işləyənləri aşağı əməkhaqqı ödənişindən qorumaq məqsədilə tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədər müəyyənləşdirilir. Son məlumatlara görə, Avropada ən yüksək minimum əməkhaqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro) və Almaniyadadır (1498 avro)». İqtisadçı vurğulayır ki, bu məkanda yerləşən və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əməkhaqqı 500 avrodan aşağıdır: «Məsələn, Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur».Bəs deyirdiniz haystan acından ölür,hələ sentiyabra iki ay var,bayram edirsiniz dilənçi haystanı keçdik,birdən onlarda artırdı onda nə deyəcəksiniz.Azərbaycan BR,UKR,LiR,LaR, ER, KazR,RF-lə və ya Norveçlə müqaisə edilməlidi ay büdcənin külünü göyə sovuranlar.

Arif Əliyev 2019-06-20 00:36:15

Görəsən niyə rabitə nazirliyidə 41-il bir sistemdə işləyəni bu sahə üzrə təhsilli 59 yaşlı 3-cü qrup əlilini heç bir səbəb olmadan ixtisara salıblar?Bəri başdan deyimki Səbayıl məhkəməsinə vermişəm və həmin məhkəmə mənim xeyrimə qətnamə çıxardıb.Özünü mütləq hakim aparan rabitə nazirliyi və onun törəməsi azərpoçtun heç veclərinədə deyil.

vuqar 2019-06-20 00:36:15

Bu yaltaqlardan bir sorusan yoxdurki indi diliniz niye acilir bunu sizde gozel bilirdinizki bizde min. emek haqqi ermenilerden asagi olub qaca--qaca o deqiqe basladiniz bir birinizin behsine yazmaga yarinmaga.Yigib oturub 42mlr. dollarin ustunde ureyi gelmir elleri ese ese bir az artirdi he xalq bunu teriflesin elebil usaq basi aldadirlar!Hami her seyi gozel bilir ne qederki SOZUMUZU merdi merdane deyeceyikse yaltaqliq bitecekse onda yasaya bilerik NORMAL amma bu gedisle coox mumkunsuz gorsenir!

mamed 2019-06-20 00:36:15

Əsrin müqaviləsinin pulları yəqin indiyə kimi ermənilərin cibinə axırmış. Payızda isə üzünü azərbaycana cevirəcək. Bu tələsik iqdisadi araşdırmanı isə Marsda yaşayan qumanoidlərə sırımaq olar, azərbaycan reallığında yaşayan insanlara yox.

Pisi 2019-06-20 00:36:15

Eslinde minimum emek haqqinin artmasi budceni elede yuklemir cunki minimum emekhaqqi artdiqca sahibkarin DSMF odeniside avtomatik olaraq artir.mes minimum 180m olanda sahibkar 90azn odeyirdise 250m olanda 125azn odeyecek.yeni hemin vesait dolayi yolla geri qayidir.sadece sahibkarlar odemelerde cetinlik cekecekler

t.ədalət 2019-06-20 00:36:15

Biz,özümüzü niyə heç bir təbii sərvəti olmayan ermənistanla müqayisə edirik ki?Biz,ermənistanı ötüb-keçmək yox,dəfələrlə geridə qoymalıyıq......

2+2=4 2019-06-20 00:36:15

Maraqlıdır...belə görünür ki, sosial cəhətdən zəif müdafiə olunan əhali təbəqəsinin alıcılıq qabiliyyətinin artırılırması yenədə dövlətin iqtisadiyyyata müdaxiləsinin, əmək bazarında deformasiyanın güclənməsi, işsizlik riskinin artımı hesabına reallaşdırılır. Ölkədə dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, əmək, maliyyə bazarı, daxili bazar qiymət və tatiflərin tənzimlənməsi onsuzda yüksək səviyyədədir. Aparılan islahatların istiqaməti isə liberallamanın dərinləşməsidir. Ziddiyyət göz qabağındadır. Baxılan halda, Qərb iqtisadi fikri baxımından, əhalinin təməl haqqı (yaşamaq hüququ) təbii ki, ödənilməlidir, lakin büdcənin tədricən sosial öhdəliklərdən azad olması, ondan qabaq isə büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artrılması məsələləri həll olunmalıdır. Əks təqdirdə , devalvasiya-inflyasiya həlqəsi qaçılmazdır

Bashirov Qarib 2019-06-20 00:36:15

Təhlil qusurludur.Yaxşı olardı ki digər ölkələrdəki minumum əməkhaqqlarından səhiyyənin pulsuz olmasını, ruşvət və cərimələrin, ərzaq və xitmətlərin aşagı olması da nəzərən təhlil ediləydi.Həmçinin,uşaqlar uçun muavinətlər də digər ölkə vətəndaşlarının ailə budcəsindəki vəziyyətə təsiri qeyd ediləydi.Bizim ölkədəki işsizliyin yuksək həddi də nəzərə alınarsa mənzərə tam aydın olar.

Sabir 2019-06-20 00:36:15

Minumum pensiyalar artırılır Bəyənilsın Bəs normal pensiyalar niyə artirılmır.Minumum pensiya alanların əmək faliyyəti aşagı olub ki minum pensiya alır .Agır işlərdə işləyənlər 250÷350 manat pensiya alır .Bəs bunların pensiyasi niyə artmir.!?

pensioner 2019-06-20 00:36:15

Urraa! biz acından ölən,nefti-qazı olmayan Ermənistanı axır ki,kecdik. Qazaxıstan və Rusiyanı başa düşdük,indiyıə kimi Ermənistandan geri qalmağımızı heç cür qəbul etmək olmur....

EJDER 2019-06-20 00:36:15

ARTIM HELE KAQIZDADIR,INDI INDI SENTYABRA KIMI ANALOQU OLMAYAN [GIRENKONUN QOHUMLARI]DEPUTATLAR ,MEMURLAR,,EKSPERTLER,,KIMLER ,KIMLER BEY,GELIN TERIFINE NOVBEYE DURAWAQLAR.BUTUN TELEKANALIZASIYALAR ITV,AZ TV BAWDA OLMAQLADEYIF,TERIFLAYEJEKLER.MALADES,,WIROKO WAQAYET AZEBIJAN,,DEYILEN ILLER YADA DUWER

mahdi 2019-06-20 00:36:15

müqaisəni Qətər,Səydiyə kimi dövlətlərlə aparmaq lazımdır,ermənistanla yox.ermənistan və bizim məmurların apetitlərini müqaisə etsək, heç şüphəsiz dünya birincisi bizim korupsionerlər olar.

dadaşyev 2019-06-20 00:36:15

Neft-qaz ölkələrinin minimum əmək haqqı neft-qaz ölkələrinin minimum əməkhaqlarıyla müqayisə edilər.Səudiyyə Ərəbistanında,Omanda,Qətərdə,Küveytdə,Birləşmiş Ərəb Əmirliklərində minimum əməkhaqqıyla müqayisə etmək lazımdır.Neft-qaz ölkəsi olan Norveçdə minimum əməkhaqqı 2200 avrodu a kişilər.Məni eşidirsinizmi?Yolu piyada keçidi olmayan yerdən keçəni isə 30 avro cərimə edirlər.Yəni minimum əməkhaqqının yetmişdə biri qədər.Bizdə isə yeddidə biri qədər.Yəni Avropadan onqat artıq cərimə edirlər bizdə.

Analitik 2019-06-20 00:36:15

Bir çox rey ve yazilarda rabite ve neqliyyat sahesinden boyuk naraziliqlar sezilmekdedi.. Bunu insanlarin real sohbetlerinde ozum de eşitmişem.. Yadinizdadirsa, evvel telefon ve Internet abune haqqlarini ayin sonuna qeder odemek olurdu. Ramin Quluzade gelenden sonra bunu ayin 5-ne qeder qisaldib!.. Poçt ve başqa rabite saheleri de mevaciblerin azligindan ve yersiz "ixtisarlar"dan eziyyet çekibler! Neqliyyat ise, bir yere marşrut tapanda başqa istiqamete 2 marşrut deyişmelisen ve her biri 30 qepikden!

veten dashi 2019-06-20 00:36:15

Bu vaxta qeder dovletin bashinda duranlarin onlarin beyenmediyi "ac-yalavac" ermenilerden geride qalmamizdan xeberleri yox idi goresen. Bu boyda Nazirler kabineti niye bu gülünc fakta gore istefa verib getmirler .Bunlarin ipini coxdan buraxib yeni daha ishlek sistem yaratmaqin vaxti catib,Vitse prezident Mehriban xanimin aparatinda bu sebatsizlarla muqayiseye gelmez savadli gencler var.....

Son yazılar