"MƏHƏMMƏD MURSİ ÖLDÜRÜLÜB!" -  "20 dəqiqə döşəmədə çırpınıb..."

"Misirin keçmiş prezidenti Məhəmməd Mursi öz əcəli ilə ölməyib, öldürülüb”. APA-nın “Euronews”a istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

O bildirib ki, Misir rəsmiləri keçmiş prezidentin həyatını xilas etmək üçün heç bir tədbir görməyiblər: “Məhəmməd Mursi 20 dəqiqə döşəmədə çırpınıb. Bununla bağlı prosesi izləyəcəyik. Beynəlxalq məhkəmələrdə Misirin cavab verməsi üçün əlimizdən gələni edəcəyik. İslam Əməkdaşlığı Təşkilatı bu işlə məşğul olmalıdır".

Qeyd edək ki,  Məhəmməd Mursi İslam dəyərlərini müdafiə etdiyi, imperalizmə qarşı olduğu üçün  ABŞ-ın birbaşa iştirakı ilə devrildi, yaxın ətrafı və tərəfdarları qətlə yetirildi. Qiyamla hakimiyyətə gələn Sisi və ətrafı uzun müddət çalışsa da, Mursinin iradəsini sındıra bilmədilər. Görünür buna görə, onun həyatını xilas etməyiblər, məhkəmə zalında şəhid olmasına göz yumulub. 

ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”a açıqlamasında Mursini birmənalı şəhid adlandırıb: “Şəhidlik təkcə əlinə silah götürüb müharibəyə getmək deyil. Bu həm də haqq, ədalət, özünün, cəmiyyətin, dövlətin hüquqları uğrunda vuruşub həyatını itirməkdir. Mursi hərbi hakimiyyətə qarşı mübarizə aparıb demokratik yolla hakimiyyətə gəlmişdi. Sonradan hərbi, qeyri-qanuni yolla hakimiyyətdən devrildi və hərbi xunta Misirdə yenidən iqtidara gəldi. Hakimiyyətə gələn xunta da Mursinin tərəfdarlarını, yəni xalq tərəfindən mandat alaraq idarəçilikdə təmsil olunanları kütləvi şəkildə edam etməyə başladılar. Təxminən 10 minə yaxın adam edam edildi. Mursinin özünə qarşı da beynəlxalq qanunlara zidd olan davranış nümayiş etdirdilər. Dünyanın heç bir yerində hətta çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılan bir şəxsə qarşı bu cür davranış nümayiş etdirilməyib. Mursinin uzun müddət həbsdə təzyiq altında saxlanılması, ailəsinə təzyiqlərin edilməsi sonunda gətirib o yerə çıxardı ki, bu adam məhkəmə zalında öz həyatını dəyişdi. Mursi həqiqətən də İslam dininin baxışlarına görə şəhiddir.

Картинки по запросу ADP sədri Sərdar Cəlaloğlu

O, haqq, ədalət uğrunda mübarizə apararaq, həyatını itirdi. Mursi Misirdə İslam dininin qanunlarını bərqərar etmək istiqamətində müəyyən ideyaları həyata keçirmək istəyirdi. Bu istiqamətdə də konkret addımlar atırdı. Allah yolunda bu işləri gördüyü üçün Allah yolunda ölənlərin hər biri kimi o da şəhiddir.

Burada məsələnin başqa tərəfinə də diqqət ayırmaq lazımdır. Dünya elə bir vəziyyətini yaşayır ki, xalqın iradəsi ilə hakimiyyətə gəlmiş bir şəxsə qarşı bu cür qeyri-qanunu rəftar qarşısında susdular. Bu da sonunda Mursinin ölümü ilə nəticələndi. Əksinə, bu gün onun ölümünün səbəbkarı Amerika və digər özlərini demokratik adlandıran Avropa ölkələrinin rəhbərləridir. Onlar Mursi və tərəfdarlarına qarşı aparılan repressiya hərəkətlərinə səslərini çıxarmadılar. Misirdəki yeni hakimiyyətin yürütdüyü siyasət Amerika və digər Avropa ölkələrinin maraqlarına uyğundur. Əsas bu səbəbdən Mursiyə qarşı olanlara, onun başına gətirilənlərə göz yumuldu. Bu da Qərbin demokratik dəyərlərinin iflasa uğradığının, bu ənənələrdən uzaqlaşdığının bariz nümunəsidir. Dünya tarixində, xüsusilə son 100 ildə Mursinin taleyini yaşayan ikinci bir şəxs yoxdur. Düzdür, Gürcüstan prezidenti Qamsaxurdiya öldürüldü, bunabənzər bir neçə hadisə baş verib. Amma bunların hər birinə dünyadan kəskin reaksiyalar gəldi. Adicə bir jurnalistin belə hüquqlarının pozulmasına reaksiya sərgiləyən Amerika və digər ölkələr demokratik yolla hakimiyyətə gəlmiş və sonradan qeyri-insanı rəftarla, yollarla devrilən Mursi ilə bağlı bir dəfə belə səslərini çıxarmadılar. Bu da onu göstərir ki, bəzi anlarda Qərb üçün siyasi maraqlar müdafiə etdikləri dəyərlərdən üstündür. Bu vəziyyət dəyişməsə, dünya çox acınacaqlı bir gələcəyə doğru gedir”.

S.Cəlaloğlu hesab edir ki, diktaturadan demokratiyaya birbaşa keçid yoxdur və bu keçid ağrılıdır: “Əksinə baxanda Misir kimi bir ölkədə Mursi keçmiş hakimiyyətə qarşı radikal dəyişikliklər həyata keçirmədi. Ən azından cəmiyyət yeni dəyərlərə uyğunlaşma dövrü keçməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dini kəsimin daha çox dəstəyi ilə hakimiyyətə gəlib. Diqqətlə baxdıqda görürük ki, o, zərgər dəqiqliyi ilə İslam dəyərlərinin oturuşması baxımından bir siyasət yürüdür. Zaman-zaman bu onun özünə qarşı bəzən çevrilir. FETÖ qiyamı baş tutsaydı, Mursinin taleyi Ərdoğanı da gözləyirdi. İslam dünyasında beynəlxalq imperializmə qarşı mübarizə aparan liderlərin taleyi çox vaxt eyni olur.

Sual oluna bilər ki, Ərdoğanla Mursinin fərqi nədir ki, Türkiyə rəhbəri uzun illərdir hakimiyyətdədir və dünyanın öndə gedən liderlərindəndir, amma nə üçün Mursi bunu bacarmadı? Düşünürəm ki, Mursi sürətli və fundamental dəyişikliklər həyata keçirməməli idi. Onun səhvi onda idi ki, ancaq ”Müsəlman Qardaşları"ndan hakimiyyət qurdu, İslami dəyərləri birmənalı şəkildə təbliğ etməyə başladı. Bu cür radikal yanaşmalar olmazdı. Amma Ərdoğan bunları etmir. O qədər yumşaq addımlar atır ki, cəmiyyət uyğunlaşmağa başlayır. Bu da ona qarşı ictimai müqavimətin formalaşmasına imkan vermir.

Amma Mursi bütün cəmiyyətə total nəzarət əldə edə bilməmişdi, cəmiyyəti təşkil edən bütün siyasi qüvvələrin dəstəyini əldə etməmişdi, özünün ideologiyasını dövlət siyasətinə gətirmişdi ki, bu da çox yanlış idi. Mursi devrilməmişdən qabaq bu cür müsahibələr çox vermişəm. Hər bir müsahibədə onun atdığı addımların səhv olduğunu demişəm. Bunun acı fəsadlarının ola biləcəyini də vurğulamışdım. Çox təəssüflər olsun ki, dediklərim bir müddətdən sonra özünü doğrultdu. Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında xarici faktor bir nömrəli rol oynadı ki, onun hakimiyyətə gəlməsində də o faktorların rolu olmuşdu. O zaman ordu bitərəf qaldı, nəticədə Hüsnü Mübarək məğlub oldu. Ordu da Amerika tərəfindən idarə olunurdu. Mursi bir şeyi unutmuşdu ki, həmin ordu hələ də ABŞ-ın nəzarətindədir. Ərdoğan bunu etmədi. İlk növbədə, Türkiyə ordusunun Amerikadan asılılığını sıfıra endirdi, ordunun müstəqilliyinə də son qoydu. Mursi bunları etmədi və nəticədə müdafiə naziri tərəfindən devrildi. Bir faktı unutmaq olmaz ki, demokratik yolla hakimiyyətə gəlmək hər şey demək deyil. Dəyişikliklər tədrici getməlidir. Radikallıq hər zaman məğlubiyyətə gətirib çıxarır".

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-06-19 21:42:43

Bəlkədə zaman gələcək, Misr xalqı Mursinin hakimiyyətdə qalmamasına şükür edəcək. Bəlkədə o devrilməsə idi Misir İrandan betər cəhalətə sürüklənəcəkdi. Ona görədə gəlin çoxda təssüflənməyək. İkinci bir tərəfdən Orta dolu o şəkildə ərəbləşdirilib, onlara güvənib onlara ağlamaq da nadanlıqdır. Yaxşı olar biz öz yolumuza baxaq

azər 2019-06-19 21:42:43

....... DEYƏN LAZIMDIR Kİ SƏNİN NƏ GÜNDƏYMƏZİNİN BORCUNA QALIB MURSİ ÖLDÜ YOXSA ÖLDÜRÜLDÜ.

zakir 2019-06-19 21:42:43

ay qardas Mursini Elcibeyle muqayise etmeyin- Elcibey hakimiyyeti qoydu getdi- Mursi ise mubarize apararaq sehid oldu

Müfəttişə 2019-06-19 21:42:43

Mursi hərbi çevrilişlə devrildi.Bunu hamı bildi.Amma Elçibəy sanki razılaşdırılmış şəkildə öz razılığı ilə Bakını tərk etdi və postu boş qoydu.Getdikdən sonra bir dəfə də olsun bu barədə danışmadı.Amma getdiyi Kələkidə ona mühafizə və yaşama şəraiti təmin edildi.BUnun nə demək olduğunu anlamaq o qədər də çətin detil.Elçibəy öz əcəli ilə rəhmətə getdi.Allah Rəhmət etsimn. Musi ilə Elçibəyi müqayisə etmək tam yanlış ideyadır.

Qardaşlar, millətin oyaq hissəsi də mövcuddur. 2019-06-19 21:42:43

Cəlaloğlunun hesabı kimə gərəkdir?O hər şeyi hesab edə bilər.Ancaq bir nəticə hasil etmək iqtidarındamı? Boş-boş hesablamaları ilə Sərdar Cəlaloğlu iqtidar cəbhəsində,qardaşı Qurban isə guya əks cəbhədə nə etmək istədiklərini düşünə bilirlərmi? Belə ayrı-ayrı konterstdə bir ailə üzvünün,iki qardaşın çıxışları nəsə demir? Axı insanlarda dərk etmə qabiliyyəti hələ ölməyib.Aldatmaq kifayət deyilmi?

Müfəttiş 2019-06-19 21:42:43

Mursinin taleyi mərhum Ə.Elçibəylə oxşar oldu. Hər ikisi xalqın iradəsi ilə hakimiyyətə gəldilər və kənar qüvvələrin hökmü ilə hakimiyyətdən uzaqlaşdırıldılar....

Son yazılar