«Rusiyanı «terrorçuluğun sponsoru» ölkələrin siyahısına daxil edək!» - Amerikalı senator

Kolorado ştatından olan respublikaçı-senator və ABŞ-ın Helsinki Komissiyasının üzvü Kori Hardner elə bir qanunun qəbuluna nail olmaq niyyətindədir ki, bu sənədə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti müəyyən etsin - Rusiya «terrorçuluğun sponsoru dövlət» anlayışına uyğun gəlirmi? Bu barədə siyasətçi «Amerikanın səsi» radiosuna müsahibəsində bəyan edib.

Ötən il uyğun qanun layihəsini müzakirəyə təqim edən Kori Hardner bu sənədi təkrar olaraq, artıq Konqresin yenilənmiş tərkibinə cari ilin aprel ayında təqim edib. Qanun layihəsi həm də Nyu-Cersi ştatının senatoru, demokrat Bob Menendes tərəfindən dəstəklənib.

«Baxın, Rusiya son illər nə edib? - o, Suriyada Əsəd rejiminə o zaman kömək göstərib ki, rejim günahsız insanları öldürür və Rusiya özü də bu qətllərlə əlaqəlidir və Avropada zəhərlənmələrlə məşğuldur - faktiki olaraq, kimyəvi hücum həyata keçirib. Bu, elə bir rejimdir ki, özünün siyasi məqsədlərinə çatmaq üçün terrordan istifadə edir. Mən fikirləşirəm ki, Rusiyanı «terrorun sponsor dövləti» elan etmək bütün dünyaya bir siqnal olacaq ki, qanunsuzluğa söykənən bu dövlət beynəlxalq hüququn normalarını pozmağı dayandırmır və Birləşmiş Ştatlar buna dözməyəcək» - senator bildirib.

Hardner ümid edir ki, qanun layihəsinin müzakirəsi baş tutacaq. O, gözləyir ki, sənəd müqavimətlə qarşılaşacaq, ancaq əvvəlki kimi, inanır - «bu, bizim görməli olduğumuz vacib işdir».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar