Debatdan əvvəl İmamoğlu ilə Küçükkaya niyə görüşüb? - VİDEO

İstanbul bələdiyyə sədrliyi uğrunda gərgin mübarizə aparan CHP namizədi Əkrəm İmamoğlu ilə AKP namizədi Binəli Yıldırım arasında baş tutan ilk debatdan öncə İmamoğlunun bir hoteldə debatın moderatoru İsmail Küçükkaya ilə “Mərmərə Hoteli”ndə bir araya gəlib.

Türkiyə mediası görüşün ümumilikdə 100 dəqiqə davam etdiyini yazıb. Bunun 54 dəqiqəsi Küçükkaya ilə Əkrəm İmamoğlunun köməkçiləri arasında olub.  İsmail Küçükkaya ilə İmamoğlu arasındakı birbaşa görüş isə 46 dəqiqə çəkib.  Moderatorla İmamoğlu arasındakı görüş debatdan iki gün əvvəl baş tutub.

Qeyd edək ki, həm İsmail Küçükkaya, həm də İmamoğlu belə bir görüşün olduğunu əvvəlcə gizlədiblər. Bu görüş haqda məlumat yayıdıqdan sonra isə Küçükkaya cəmi 3 dəqiqə, İmamoğlu isə 15 dəqiqə  görüşdüklərini bildirib. Ancaq otelin kameralarından əldə edilən görüntülərdən məlum olub ki, görüş onların dediklərindən dəfələrlə uzun  çəkib.

Ekspertlər görüş zamanı Küçükkayanın İmamoğlu ilə  Binəli Yıldırım arasında baş tutan debatın suallarını əvvəcədən CHP namizədinə verə biləcəyini, hətta bu sualları birlikdə hazırladıqlarının istisna olmadığını bildirirlər. Görüşün ictimaiyyətdən gizlədilməsi də bununla bağlanılır. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da debatdan əvvəl  moderatorun tərəflərdən biri ilə gizli  görüş keçirməsini əxlaqsızlıq adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar