ABŞ Yaxın Şərqə "Patriot" zenit-raket kompleksləri göndərir

Pentaqon Yaxın Şərqə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçan aparatlar və kəşfiyyat təyyarələri göndərəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, Yaxın Şərqə min Amerika hərbçisinin göndərilməsi çərçivəsində baş tutacaq.

Bildirilir ki, Pentaqon həmçinin bölgəyə digər "müdafiə" vasitələri də göndərmək niyyətindədir.

Bununla belə, göndəriləcək "Patriot" və kəşfiyyat təyyarələrinin sayı açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar