ABŞ Dövlət Departamenti Ər-Riyada xəbərdarlıq edib - Qaşıqçı işinə görə...

ABŞ jurnalist Camal Qaşıqçının öldürülməsi işi ilə bağlı Səudiyyə Ərəbistanına qarşı yeni tədbirlər görülməsi məsələsini gözdən keçirir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb.

“Səudiyyə hökuməti bütün faktlara aydınlıq gətirməli və qətlin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir”, - məlumatda belə deyilir.

O da qeyd olunur ki, Dövlət Departamenti BMT-nin qətllə bağlı hesabatını da incələyir. Departamentdən bildirilib ki, Qaşıqçı işi ilə bağlı yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə səbəb ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar