Aydın Bəşirov da belə getdi - İdarəsinin adı dəyişdirildi, özü işsiz qaldı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib.

Qeyd edək ki, indiyədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsini Aydın Bəşirov tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar