RAMİL USUBOV NAZİR VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Yeni vəzifəyə təyin edildi

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu  sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

"AzPolitika.info"nun məlumatına görə, Prezidenti digər bir Sərəncamı ilə Ramil Usubov yeni vəzifəyə təyinat alıb. Belə ki,  Ramil Usubov Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Prezidenti Sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilsin".

"AzPolitika.info" xatırladır ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası  10 aprel 1997-ci ildə yaradılıb. Şura 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Təhlükəsizlik Şurasına vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şuranın Katibi funksiyalarını isə Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirib. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edib, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilib.

Şura ilə bağlı verilən məlumatdan belə anlaşılır ki, Təhlükəsizlik Şurasının Katibi vəzifəsini indiyədək Prezidentin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yerinə yetirib. Bundan sonra isə Təhlükəsizlik Şurasının Katibi  sabiq nazir Ramil Usubov olacaq.

AzPolitika.info

 

635x100

Şərhlər

Vetendash 2019-06-20 17:53:11

Gozel serencamlardi. Birdenede cenab prezidentimiz Fuad Elesgerovun muavini Gulnar Resulovani etdiyi emellere gore cezalandirsa ela olardi

Son yazılar