VİLAYƏT EYVAZOV DAXİLİ İŞLƏR NAZİRİ TƏYİN OLUNDU! - Prezident sərəncamı (Yenilənib)

Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunub. 

"AzPolitika.info"-nun məlumatına görə, Prezidentin sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilsin".

"AzPolitika. info" xəbər verir ki, Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.

635x100

Şərhlər

Rafiq Həziyev 2019-06-20 21:00:25

Hörmətli Vilayət Eyvazovu Daxili İşlər Naziri təyin olunması münasibətilə təbrik edir, yeni vəzifəsində ona uğurlar arzu edirəm. Ümid edirəm ki, Vilayət müəllim Nazir kimi ilk növbədə DİO-da təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, bu sahədə, DYP sahəsində hərtərəfli islahatlar apararaq Azərbaycan Polisinin adına, şərəfinə başaşağılıq gətirən, vətəndaşları nahaqdan incidən əməkdaşlara qarşı ciddi tədbir görməklə ona göstərilən etimadı doğruldacaq və xalqın hörmətini qazanacaq.

Vətəndaş 2019-06-20 21:00:25

Əslində ciddi heç nə baş verməyim. Bir yerdəyişmə prosesi aparılıb. Eyni vəzifələr eyni adamlar. Yad bir insan vəzifəyə buraxılmayıb.

Arif Əliyev 2019-06-20 21:00:25

Vətəndaşa, bəlkədə ən yaxşısı budur, yoxsa Rabitə nazirliyinə dediyiniz yadları verdilər, onlarda qaş düzəltmək əvəzində gözüdə çıxartdılar, 5-ildir nazir Ramin qağa ilə, məhşur əmlak ticarətçisi Əli qağa İdris oğlu rabitəçilərin başına apardığları bu saxta islahatlar adıyla olmazın müsibətlər gətirirlər, bilrsiz niyə onların bu sahədə nə təhsili nədə anlayışı yoxdur, nədəki idarəçilik sistemi, onlara elə gəlirki bu nazirlik onlara dədəsindən qalıb,kimi nə cür istyirlər o, cürdə işdən kənarlaşdırırlar.

EJDER 2019-06-20 21:00:25

AYE,SEHIYYE TOXUNULMAZDI...IRZA KIMI QOXUMUN BAWINA DEYIRMAN DAWI DUWSUN...LUKAWENKO CANI

Sevda xanım 2019-06-20 21:00:25

Hörmətli Vilayət müəllim! Sizi Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilməyiniz münasibəti ilə təbrik edirik,gələcək işlərinizdə uğurlar arzulayırıq.

AMEA 2019-06-20 21:00:25

Cenab Prizident ....sehiyenide yola sal getsin....

Cəmşid Dərələyəzli 2019-06-20 21:00:25

Millətimiz və dövlətimiz üçün xeyirli olsun. Vilayət müəllimə yeni vəzifəsində uğurlar diləyirik.

Son yazılar