ƏLİ NAĞIYEV DTX RƏİSİ TƏYİN OLUNDU! - Prezident sərəncamı (Yenilənib)

Prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması barədə sərəncam imzalayıb.

"AzPolitika.info"-nun məlumatına görə, bundan əvvəl Prezident Mədət Quliyevin DTX rəisi vəzifəsindən azad olunaraq, Müdafiə Sənayesi naziri təyin olunması barədə sərəncam verib.

Prezidentin Əli Nağıyevlə bağlı sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin".

"AzPolitika.info" xəbər verir ki, Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub.

2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla general-mayor hərbi rütbəsi verilib.

General-mayor Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə general-mayor Əli Nağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Əli Nağıyevin adı Azərbaycan xüsusi xidmət məktəbinin ən parlaq nümayəndələrindən biri kimi, DTX rəisi vəzifəsinə namizədlər arasında ön sırada çəkilirdi.

635x100

Şərhlər

Azər Abdullayev 2019-06-20 20:34:21

Cənab prezidentin DTX-ya rəis təyinatı çox yerində verilmiş sərəncamdər.Əli Nağıyev kimi peşəkar çekistin bu güc strukturunun başına gətirilməsi təqdirəlyiqdir.Əli müəllim sırf öz peşəsinin ustasıdır.Onun dövlət qarşısında xidmətləri danılmazdır.Bu çətin şərəfli işində Allah ona yar olsun!

Xalqını sevən 2019-06-20 20:34:21

Əli Nağıyevə uğurlar arzulayırıq.Baxanda təmkinli,səbirli insana oxşayır.Dövlətin təhlükəsizliyndə səbirsizlik yolverilməzdir.Birdə ki bu qurum haqqında biz 70-ci illərin insanları demək olar ki,heçnə bilmirdik,yəni olduqca məxvilik qorunurdu.Bu da ulu öndər H.Əliyevin yüksək peşəkarlığının bariz nümunəsi idi.2005 ci ildən sonra yəni E.Mahmudovun MTN rəhbəri olandan sonra demək olar ki bu qurumda nə baş verdiyini sadə kənd insanından tutmuş bütün insanlar bilirdi.belə olanda bu qurum mütləq dağılmalı idi.

Dövlətin sevən. 2019-06-20 20:34:21

Məndə ƏLİ müəllimi təbrik edirəm və işlərində uğurlar arzulayıram.Çox istərdim ki, heç bir ciddi əsas olmadan son dövrlərdə işdən azad olunan əməkdaşların şəxsi işləridə bir daha nəzərdən keçirilsin.Cənab İlham Əliyevə də bu uğurlu təyinata görə öz təşəkkürümü bildirirəm.

Azer 2019-06-20 20:34:21

Gecikmis ancaq teqdirelayiq bir teyinat!!!bu 2011 ci ilde olmaliydi!!!

Arif Əliyev 2019-06-20 20:34:21

Əli Nağıyevi təbrik edirəm, doğurdanda peşəkar baxımından uğurlu seçimdir.Arzu edəkki belə uğurlu peşəkar seçimi Nəqliyat Rabitə və Yüksək Texnologiyar nazirliyində baş versin, yoxsa bu sahədən xəbəri, təhsili olmayan Ramin qağa ilə, məhşur əmlak ticarətçisi Əli qağa bu nazirlikdə iki suslovdan başqa, toxumluqçündə olsun bir nəfər mütəxəsis saxlamayıblar, 5-ilə yaxındır islahatlar adıyla aparılan islahatlar yalnız qeyri peşəkar və bu sahə üzrə təhsilsizləri yerləşdirməkdir buda elə-belə olmur biləsiniz haa

Максим Калинин 2019-06-20 20:34:21

Не беда, что в висках седина, И порой до утра не уснуть. Мы готовы с тобой, старина, Повторить этот огненный путь.

Pisi 2019-06-20 20:34:21

ELI NAGIYEV MTN ESL PESEKAR MUTEXXESISDI DUZGUN SECIMDI.EMEK NAZIRI SAHIL BABAYEV RABITE NAZIRI RAMIN QULUZADE VE MIKAYIL CABBAROV COX UYGUNSUZ NAZIRLERDI ONLAR ANCAQ NECE EDEKKI ISCILERI IXTISARA SALAQ DUSUNCESI ILE YASAYIRLAR.EN INKISAF ETMIS OLKE AMERIKADI ORDA YASI 50 DEN AZ COX NADIR HALDA NAZIRLERE RAST GELMEK OLAR.GENC NAZIR OLAR ANCAQ KUTLEVI SEKILDE OLSA DOVLETIN SUTUNU SARSILAR.MILLETIMIZ UCUN XEYIRLI OLSUN TEYINATLAR.

Amon 2019-06-20 20:34:21

BU ALQISLANASI TEYINATDI. CUNKI ESL KQB MUTEXXESISIDI ELI NAGIYEV VAXTILE ELDAR MAHMUDOVNAN COVDAROV KQB NI BAZARDA CEVIRMEK UCUN ELI NAGIYEVI BIRINCI MUAVINLIKDEN UZAQLASDIRMISDILAR

SET 2019-06-20 20:34:21

Butun KQB iwcileri bu teyinata sevinir. Cenab prezidentin bu teyinati en ugurlu secimdi. Her bir addiminizda ugurlar cenab General.

Cəmşid Dərələyəzli 2019-06-20 20:34:21

Bu təyinat düzgün seçimdir. Bəlkə də bütün postlarda o sahəyə aid mütəxəssis və peşəkarlar otursa idarəetmədə bunca axsamalar da olmaz. Əli müəllim təhlükəsizlik sahəsində böyük bir yol keçib. Dövılət və millət üçün xeyirli olsun. Əli müəllimi də təbrik edirik. Əli müəllim həm də bir insan kimi də böyük dəyərlərə malikdir.

Son yazılar