MƏDƏT QULİYEV DTX RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir təyin olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

"AzPolitika.info"nun məlumatına görə, Prezidentin digər Sərəncamı ilə Mədət Quliyev başqa bir vəzifəyə təyinat alıb. Belə ki, Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bundan əvvəl dövlət başçısı İlham Əliyev  “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Prezidentinin Fərmanında deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

-Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.

"AzPolitika.info " xatırladır ki, Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. Mədət Quliyevin babası Stalin repressiyaları zamanı qətlə yetirilib.

1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan Mədət Quliyev, 1980-cı ildən 1982-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstanda yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olub.

1980-cı ildən həqiqi hərbi xidmətini başa vuran Mədət Quliyev, Gəncədə Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.

1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş. 1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi vəzifələrində çəlışmışdı.

1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi vəzifələrində işləmişdir.

2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2011-ci il fevralın 14-də isə Mədət Quliyev, ədliyyə nazirinin müavini, eyni zamanda da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

20 oktyabr 2015-ci ildə keçmiş Azərbaycanın Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdur.

14 dekabr 2015-ci ildə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunmuş və həmin tarixdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilmişdir.

635x100

Şərhlər

Arif Əliyev 2019-06-20 18:06:45

Şəxsən mən Mədət Quliyevi təbrik edirəm, millətimiz üçün dövlətimiz üçün uğurlu olsun İnşallah, məsələ s-5oo-yüzlərdə deyil, tamahı özündə, həmin sahəni bilən ən vacibi həmin sahədə işi qanunlar çərçivəsində yönəldiləndə, millətinə dövlətinə hörmətlə yanaşanda, inandırım sizləri S-500-yüzdən qat-qat səmərəli və güclü olur.Mən Rabitə nazirliyindən şikayət edəndə doğurdanda Mədət müəllimin işçiləri şikayətimə ədalətlə məntiqlə yanaşdılar, özüdə çox qısa zamanda həm telfonla həmdə məktubla cavab verdilər.

bisavad 2019-06-20 18:06:45

İndi biz S-500 düzəldəcəyik

Cəmşid Dərələyəzli 2019-06-20 18:06:45

Xeyirli uğurlu olsun. Lakin bizim üçün bir şey maraqlı oldu. Əcabə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli fərmanı ilə Müdafiə sənayesi Nazirliyinin ləğv edilib, onun bazasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması nə demək idi və indi onun adının geri qaytarılması nə deməkdi. Hansı ki, bu adın dəyişdirilməsi nazirliyin hüquqi sənədlərində, yazışmalarında uçot heasbat sənədlərində nə qədər əlavə dəyşiliklərə səbəb oldu və yəqin ki, bir o qədər də olacaq. Yaxşı olmazmı, bu sayaq fərmanları hazırlamaqda məsul olanlar bunu vaxtında ölçüb biçərdilər.

Gunce 2019-06-20 18:06:45

Dostlar hecde rahatsiz olmayin Azerbaycan devleti onlarin hepsini burnunan getirecek. Ele bilirdiler pahali restorantda duyun, Pahali arabalar, villalar hektarlarla istihane falan ele bele idi. Eslinde Fellah M guzel insandi etrafi cok kotudu.

Zamin 2019-06-20 18:06:45

Mubariz bey Fellah M mawinlarinin hansini gizledecek, Novxaninin yarisinan coxu onun mawinlaridi 10-AB-766, 10-AR-766, 90-AS-766, 10-FF-766, 10-TT-766, 10-VV-766, 90-NN-766, 90-RR-766, 10-NH-766 ve s saymaqla qurtarmaz Fellah M mawin kollleksiyasinin hec olmasa 5.000.000 Dollar qiymeti var.

Mubariz 2019-06-20 18:06:45

Tebrik edirem Medet Muellim Sizi. Size yeni vezifenizde ugurlar arzulayiram. .... Uje Fellah 766-nomreli avtomobillerini bir-bir gizledir. Xeyri yoxdu nece gelmisiz elede gedeceksiz, Cunki Medet müəllim ishinde peshekardi.

Son yazılar