Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub

Tbilisidə etiraz aksiyasında iştirakçılar və polis arasında fiziki qarşıdurma yaşanır. “Report”un Gürcüstan bürosu xəbər verir ki, polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını alır.

Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

Nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur:

“Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar