Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən körpünün yaxınlığında qeydə alınıb.

Rayonun Sarvan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Əmrah Füzuli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən digər maşınla toqquşub. Nəticədə “Mercedes”in sürücüsü və avtomobildə olan Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri - Bəhrəmov Kazım Qasımxan oğlu və onun oğlu Bəhrəmov Elvin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar