PREZİDENTİN KÖHNƏ KOMANDAYA BÖYÜK “STAVKASI” – Polisdə eksperimentə gedilmədi, DTX peşəkara tapşırıldı

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamları son dərəcə ciddi bir sıra məsələlərə nöqtə qoydu. Bu məsələlərin bir çoxu taleyüklü idi və illərdir müzakirə olunur, yekun qərarın necə olacağı dərin maraqla gözlənilirdi. Demək olar ki, dəyişikliklərə dair gözləntilərin əksəriyyəti də özünü doğrultdu. Söhbət hansı gözləntilərdən gedir?

Məsələ ondadır ki, Prezidentin 20 iyun tarixli 4 təyinat sərəncamından yalnız biri – Mədət Quliyevin Müdafiə Sənayesi naziri təyin olunması gözlənilməz oldu. Digər sərəncamlar təəccüb doğurmadı – polisə nəzarət uğrunda mübarizə, gözlənildiyi kimi, bitdi; xüsusi xidmətin başına, gözlənildiyi kimi, peşəkar gətirildi; ölkədə sabitliyin təmin olunmasında və paralel olaraq hakimiyyətin möhkəmlənməsində böyük əməyi olmuş general Usubova da, gözlənildiyi kimi, yüksək vəzifə verildi.

Polisdə eksperimentə gedilmədi...

Vilayət Eyvazovun DİN başçısı postuna ən real namizəd olduğuna illərdir ki, ictimai rəydə şübhə qalmamışdı. Bu baxımdan onunla müqayisə oluna biləcək ikinci şəxsi heç üfüqdə də görünmürdü. Son vaxtlar bəzi digər şəxslərin də adı hallandırılırdı, lakin onların heç biri şəxsi bacarıqlarına və yüksək idarəetmə qabiliyyətlərinə görə cənab Eyvazova rəqib kimi göstərilmirdi. Bəzi başqa kriteriyalarda onlar V.Eyvazovdan öndə olduqlarına görə şanslı imişlər kimi təqdim olunurdular.

Lakin soyuq başla düşünmək qabiliyyəti olanlar əminiydilər ki, DİN eksperiment meydanı olmayacaq - polis dövlətin bel sütunudur, polis sabitliyin əsas qarantıdır, nəhayət, polis hakimiyyətin ən etibarlı zirehidir. Belə də oldu – sabitliyi, cəmiyyəti və hakimiyyəti qorumaq vəzifəsi yenidən illərin sınağından çıxmış təcrübəli, etibarlı və enerjili insanlara həvalə olundu.

Usubovun vəzifəsindən azad olunacağı gözlənilən idi, amma...

25 ildən artıq polisin sükanı arxasında olmuş Ramil Usubovla bağlı gözləntilər də özünü doğrultdu – az qala yüzdə yüz. Cənab Usubovun vəzifəsindən azad olunacağı və Prezident Administrasiyasına keçiriləcəyi ehtimalı xüsusən də vitse-prezident institutunun yaradılmasından (2017-ci ilin əvvəli) sonra daha da aktuallaşmışdı. Bu vaxtadək R.Usubovu Prezident Administrasiyasının rəhbəri postuna potensial namizədlərdən biri kimi göstərirdilər. Lakin vitse-prezident institutu yaradıldıqdan sonra illərdir təkcə yaxşı əməliyyatçı yox, həm də ağıllı siyasətçi bacarıqları ilə diqqəti çəkmiş Usubovu vitse-prezident postuna da layiq görməyə başladılar. Amma nə qədər qeyri-populyar post olmasına baxmayaraq, bu müzakirələrdə bəzən Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin oluna biləcəyi versiyası da dilə gətirilirdi. Bu ehtimal da Prezidentin dünənki sərəncamı ilə reallığa çevrilmiş oldu.

İndi açıq qalan yeganə sual budur: Prezidentin sərəncamı ilə bugündən Ramiz Mehdiyevin bir vəzifəsinin icrasına başlayacaq (İndiyədək Təhlükəsizlik Şurasının katibi vəzifəsini Prezident Administrasiyasının rəhbəri icra edib-red.) olan R.Usubov, bununla həm də Administrasiya rəhbəri postuna ən real namizədə çevrildimi? Deyilənlərə inansaq, akademik Ramiz Mehdiyevin də bu posta yeganə namizədi məhz Usubovdur...

Nağıyevin möhtəşəm dönüşü...

İstər 2015-ci ilin oktyabrında Eldar Mahmudov qəfildən vəzifəsindən azad olunanda, istərsə də sonrakı illərdə DTX-da hər hansı dəyişikliyin ola biləcəyi haqda ehtimallar ortaya çıxanda, əksəriyyətin dilindən çıxan ilk ad məhz Əli Nağıyev olardı. Bu da təsadüfi deyildi - Əli Nağıyevin yüksək peşəkarlığı hamı tərəfindən, hətta onun düşmənləri tərəfindən də hər zaman etiraf olunub. Ə.Nağıyev onun ən güclü vaxtlarında Eldar Mahmudovla üz-üzə gəlməkdən çəkinməmiş, vəzifəsindən uzaqlaşdırılmasına və əlində ciddi resursu qalmamasına baxmayaraq, bu mübarizədən qalib çıxmış əsl çekist idi. Layiq olduğu yerə qayıtmaq onun haqqı idi və O, düşmənlərinin bütün həmlələrini ustalıqla dəf edə-edə bu günü səbr və təmkinlə gözləyirdi. 

Prezidentin Əli Nağıyevlə bağlı çoxdandır gözlənilən sərəncamı bir məsələyə də aydınlıq gətirmiş oldu. Məlum oldu ki, 2 aydan artıqdır müəyyən dairələrin korrupsioner bir bələdiyyə sədrinin dilindən cənab Nağıyevə qarşı apardıqları böhtan kampaniyası təsadüfi olmayıb. İstisna deyil ki, bu və digər təxribatlar Prezidentin məlum sərəncamının qarşısını almağa xidmət edib...

Prezidentin “stavkası”...

Nəhayət, Prezident Əliyevin dünənki sərəncamları hakimiyyətdaxili qruplaşmalar arasında balans siyasətinin də davam edəcəyindən xəbər verdi. Cənab Əliyev köhnə, lakin təcrübəli və etibarlı komandaya “stavka”nı davam etdirir.

E.Məhərrəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Rabitəçi 2019-06-21 08:20:32

Vətənin daşı-na, qardaş umumiyyətlə insanları bölgələrə bölmək ən azı Allahın qarşısında günahdır, amma sizi ona görə cavablandırıramki, elə Rabitə naziri dediyiniz vətənpərvər NMR-sının Ordubad rayonundandır, Allah Heydər Əliyevi rəhmət eləsin, deyərdi: Ordubad Azərbaycanın incisidir: bu doğurdanda belədir, həm Novruz bayramının adət ən-ənələrini, dini inanclarını, mətbəxtin müxtəlifliyi insanların qonaq pərvərliyi əvəzsizdir amma Rabitə nazirliyi idarə edən bu cür biabırçı nazir olmayıb bəlkədə heç yerdə.

Vətəndaş 2019-06-21 08:20:32

Əslimdə Arif müəllim haqlıdır. Onu qınamıram.Kimin başına bu cür haqsızlıq gəlsəydi bundan betərin edərdi.Bir rabitəçi kimi mən Arif müəllimi yaxşı başa düşürəm və onu dəstəkləyiəm.Ramin və əli rabitədən getməlidirlər.Çünki rabitə çox biyabırçı səviyyədədir..Əli abdullayev guya düzgünkük tərəfdarıdır . özünə haqq qazandırmaq üçün işdən çıxartdığı rabitəçilərdə nöqsan axtarır.Elə onun Badamdar qəsəbəsindəki 2 ci y/massivdə 1 milyon dəyərində villası hər şey deyir.evin qarşısında gecə gündüz kamera işləyir.maşallah kişinin oğlu halal yolnan qazanıb..

Amon 2019-06-21 08:20:32

RABITE NAZIRI RAMIN QULUZADE YARARSIZ KADRDI BUNU HAMI BILIR BIR MUAVINI DE VAR ELI O ONNANDA BETERDI RABITEDEN ANLAYISLARI YOXDU BUNLARIN.NEYE VE NIYE HELWDE ORDA OTURDULUB MENDE ANLAMIRAM.HEMCININ DE EMWK NAZIRI SAHIL BABAYEV GELDI VE IXTISAR SOZU DILINNEN DUSMUR.BUNLARIN ISI GUCU ISCINI GUDUB ISDEN CIXARTDIRMAQDAN BASQA BIRSEY DEYIL.GOMRUKDE SEFER DE VERGI MIKAYILNAN ELE BIL BEHSE GIRIB GOREK KIM NE QEDER ADAM TUTDURACAQ.KISILER DUSUNEN BEYIN LAZIMDI BIZE BUNLAR KIMI XARICDE 1 ILLIK KURS KECIB 2 YADA 3 DIL BILEN YOX.DIL BILMEK SAVADLI OLMAQ DEMEK DEYIL

Arif Əliyev 2019-06-21 08:20:32

Mənə şərh yazana bunlarda baş olsaydı poçt şöbələrində qanuna görə ən böyük poçtlarda limit qalığı 500-800 manan olduğu halda bunlar həmin poçtlarda limiti otuz mindən əlli minə qədər saxlayırlar bunun nəticəsindədə indi aldığım məlumata əsasən Bakı-72 saylı poçt şöbəsində bu gecə oğrular və yaxudda özlərinin oğruları 100%-iz bu oğrular onların özlərinin olar otuz minə yaxın pul vəsaitini çırpışdırıblər.Bax qanuni bilməmək və yaxud bilərəkdən pozmağın axırı belə olur özləri öz başlarını yeyərlər İnşallah.

Arif Əliyev 2019-06-21 08:20:32

Mənə şərh yazana görürsüzki başqalarından fərqli mən öz imzamı qoyuram qaldl sizin yazdığınıza bəyəm rabitəyə aid bu nazirin başı olsaydı yazığ rabitəçilərin nə dərdi nazirliyin kalidorunda söz söhbət gəzirki bu nazirin işi gücü smartfonda iqra oynamağdır onun üçündə ona ünvanlanan şikayətlərə indiyə qədər cavab alan yoxdur nazirliyin bütün işini məhşur əmlak alverçisi Əli Abdullayev özünəsayaq aparır təkcə Cəlilabada yaratdığı poçt mərkəzi subut edirki bu adamın bilik səviyəsi nədir əslində isə səsi çıxar

müştəri 2019-06-21 08:20:32

Komanda daxilində balas siyasəti bu da təzə termindi deyəsən. Nə ucun? Ona görə ki soz tapılmayanda bundan daha coxistifadə olunur.

Rabitəçi 2019-06-21 08:20:32

Cənab Prezident ! Rabitə əldən gedir, peşəkar rabitəçilər öz yerlərini tutmalıdırlar ? Qeyri-peşəkarlar rabitəni kommersiyaya döndəriblər ? Rabitə ən ağır günlərini keçirir.....İdarəçilik öz kontorundan çıxıb ?

Arif Əliyevə 2019-06-21 08:20:32

Qardaş yaza yaza axırda rabitə nazirinin başını yeyəssən.))) elə xəbər yoxdu ki altında Sizin şərh olmaya.))

EJDER 2019-06-21 08:20:32

AYE,TERCUMEYI HALA BAXANDA HER WEY AYDIN OLER....WIROKO WAQAYET AZEBIJAN...POTOM NAXCIVAN.

Müəllifə 2019-06-21 08:20:32

Hörmətli müəllif,"çekist" sözünün kökü Ç.K.sözündən götürülüb. Açılması "çrezvıçaynaya komissiya" deməkdir. 37-ci illərdə Azərbaycanın ziyalı təbəqəsinin repressiya uğramasında, yəni fiziki cəhətdən məhv edilməsində məhz bu "çekistlərin" böyük rolu olmuşdur. Hüseyn Cavidi, Mikayıl Müşviqi və başqalarını sürgünlərdə və həbsxanalarda dəhşətli işgəncələrə məruz qoyan məhz sizin adını işlətdiyiniz "çekistlər" olmuşlar. Ona görə müəllifdən xahiş edirəm ki, "çekist" yerinə kəşfiyyatçı sözündən istifadə edəsiniz.

aqil 2019-06-21 08:20:32

Hörmətli E.Məhərrəmli məqalə əlavə suallar doğurur:-Respublikada hansı təyinatlarda eksperimentə gedilmişdir;-nə vaxtdan ölkədə sabitliyin əsas qarantı Prezidentin apardığı siyasət yox Polis orqanları olmuşdur;-hakimiyyətdaxili qruplaşmaların olması barədə Sizin əlinizdə yoxlanılmış faktlarmı var;- nə vaxtdan Dövlət orqanlarında ali vəzifə tutmuş şəxslər barəsində deyilənlər jurnalist üçün araşdırma mövzusuna çevrilib.Belə baxıram AzRes təhlükəsizliyinə cavabdeh olacaq şəxsin nə düşündüyünü bilirsinizmiş.

Arif Əliyev 2019-06-21 08:20:32

Arzu edəkki belə peşəkar baxımından Rabitə nazirliyinədə diqqət yetirsəydilər əla olaardı.Artıq rabitəçilər Ramil və Əli birliklərin əlində cana gəlib heç biri bu sahəni bilmir peşəkar rabitəçiləri 5-ildir islahatlar adıyla ixtisar edirlər.

Vətəndaş 2019-06-21 08:20:32

.... yaxşı şahmat oynayır..

kerim 2019-06-21 08:20:32

Bele çıxır ki temiz adam yoxdur....

vətənin daşı 2019-06-21 08:20:32

mən naxçıvanlı deyiləm, amma ALLAH xatirinə deyirəm həqiqət belədirki oranın adamları daha vətənpərvər, dövlət şüurlu və peşəkar olurlar, bu xarici dilbilənlərin son bir neçə ildəki fəaliyyətində zərrə qədər vətən sevgisi, millətə hörmət, insanlara qayğı görsənmir-bunlar adamları işdən çıxarmağı, tutdurmağı bilirlər-axı noulsun ki dil bilir nəbilim harada oxuyubv v.s peşəkar deyillər və özlərindən çox razıdırlar, ölkəmi çökdürür , milləti dövlətdən narazı salırlar--analiz aparın.

Arif Əliyev 2019-06-21 08:20:32

Vətəndaşa, sizə səmimiyətinizə görə təşəkür edirəm.Qaldı əlinin bağına və qiymətinə, desəm buda qəbahət deyil amma istər əmlakda istərsədə rabitədə gördüyü işlər bizə əsas verirki bu insan düz əmməli insan deyil və son vaxtlar onun Prezidentin 1785 saylı fərmanını özünə sərf etdiyi kimi icra etməsi bunun çox təhlükəli olduğundan xəbər verir, məndə hələ ona aid başqa faktlarda var, Prezidentin imzaladığı qanunlara zidd getməsinə dair. Qaldı onu o, posta başqa villalar gətirib, zaman hər şeyi özü həll edər.

Son yazılar