YAŞIL PƏHRİZ – Faydası və zərəri…

Dərc olunub: 21/06/2019 - 14:36

1534352025_goyerti_2934785756Yaşıl pəhriz orqanizmin detoksikasiyası üçün istifadə olunur. Bu pəhrizin mahiyyəti bundan ibarədir ki, 40 gün ərzində siz, qeyri-məhdud miqdarda yaşıl rəngli tərəvəz və meyvə qəbul edirsiniz. Duz və şəkər tam olaraq rasiondan çıxarılır. Bitki yağından istifadə etmək olar, ancaq bu yağda tərəvəz qızartmaq olmaz.

Əlbəttə, 40 gün bu pəhrizə dözmək hamının işi deyil. Amma 10-14 gün yaşıl pəhrizə oturmaq tam realdır, xüsusilə də yay vaxtı. Siz, o saat öz orqanizminizdə canlanma hiss edəcəksiniz və qida qəbuluna münasibətiniz birdəfəlik dəyişəcək.

Bəs, yaşıl pəhrizin hansı müsbət nəticələrini önə çəkmək olar?

Yaşıl meyvə və tərəvəzlər xlorofillə (o, məhsullara yaşıl rəng verir), E, P, K vitaminləri və foli turşusu ilə çox zəngin olur. Bu vitaminlərin sayəsində immunitet möhkəmlənir və həzm prosesi yaxşılaşır. Bu da öz növbəsində, orqanizmin şlakdan təmizlənməsinə kömək edir. Artıq çəkidən xilas olmaqdan əlavə, siz özünüzü cavan hiss etməyə başlayacaqsınız və öz orqanizminizdə yüngüllük hiss edəcəksiniz.

Şübhəsiz, pəhrizin ilk günləri siz, tez yorulmağa başlayacaqsınız, ancaq həftənin sonuna yüngüllük və güc axını hiss edəcəksiniz. Üstəlik də əhvalınız yaxşılaşacaq. İlk günlər pəhrizdən dönməmək üçün daha çox adi su için, tez-tez qida qəbul edin və daha çox istirahət edin.

Orqanizm üçün stress yaratmamaq üçün belə pəhrizə tədricən girin və tədricən də pəhrizdən çıxın. Başlamazdan bir neçə gün əvvəl tədricən ərzaq məhsullarından imtina edin, sonra pəhrizdən çıxarkən onları tədricən rasionunuza daxil edin.

Xroniki xəstəlikləri olanlar, hamilə və körpə əmizdirən qadınlara yaşıl pəhriz saxlamaq qəti olmaz.

AzPolitika.info








loading...


Fikrinizi bildirin