NİYƏ DTX-ya ƏLİ NAĞIYEV, DİN-ə VİLAYƏT EYVAZOV GƏTİRİLDİ? – Siyasi ekspert səbəbləri açıqladı

“Belə bir dəyişikliyə ehtiyac var idi...”

"AzPolitika.info"-nun məlumatına görə, bunu Prezidentin son təyinatlarla bağlı qərarını şərh edən tanınmış siyasi ekspert, Şərq-Qərb Araşdırmalar Mərkəzinin prezidenti, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu bildirib. O, internet tv-lərdən birinə müsahibəsində bu mövzuda danışıb.

Təyinatların səbəbləri barədə öz fikirlərini açıqlayan Ə.Oruclu öncə bildirib ki, hakimiyyətdaxili qruplar arasında hər zaman gərgin mübarizə gedib. Əsas hədəflərdən biri isə Daxili İşlər Nazirliyi (DİN) olub.

“Azərbaycanda sovet dövründən qalan ənənəyə uyğun olaraq, əsas güc strukturu Daxili İşlər Nazirliyidir. Bunun da səbəbi odur ki, DİN hər bir həyətdə, hər bir məhəllədə təmsilçiyə malikdir. Milli Təhlükəsizlik Nazirliyi (MTN) və ya indiki adi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) isə müəyyən informasiya qrupudur. Ancaq real güc deyil. Polis isə real gücdür” – deyə bildirən Ə.Oruclu, vaxtilə Eldar Mahmudovun məhz bu gücü nəzarəti altına almaq üçün Ramil Usubovu hədəfə aldığını ("Qara Kəmər" əməliyyatı-red.), ancaq niyyətini reallaşdıra bilmədiyini vurğulayıb. Həmin dövrdən sonra da bu istiqamətdə bir neçə uğursuz cəhdin olduğunu qeyd edib.

Ə.Oruclu son dəyişikliklərdə də Ramil Usubovun kənarda qoyulmamasının, siyasi vəzifəyə təyinat almasının, eyni zamanda DİN rəhbərliyinə onun yetirməsinin və etibarli kadrının - Vilayət Eyvazovun gətirilməsinin də önəmli məqamlar olduğunu bildirib. Həmçinin, Vilayət Eyvazovun Daxili İşlər Orqanlarına nəzarət edə biləcək ən real şəxs olduğunu vurğulayıb.

DTX rəhbərliyindəki dəyişikliklərə toxunan Ə.Oruclu sabiq rəis Mədət Quliyevin Xidmətin fəaliyyətində müəyən dönüş yaratdığını, qurumu Eldar Mahmudovun kadrlarından “təmizlədiyini”, onun tərəfindən işdən çıxarılan köhnə “çekistləri”i geri qaytardığını qeyd edib. Ancaq M.Quliyevin fəaliyyətindəki bütün bu müsbət məqamlarla yanaşı, onun peşəkar təhlükəsizlik işçisi olmadığını da vurğulayıb. Regionda və ölkə daxilindəki mövcud situasiyanın isə DTX rəhbərliyində həm bacarıqlı, həm sadiq, həm də təcrübəli bir şəxsin olmasını tələb etdiyini vurğulyan siyasi ekspert, bunun da məhz general Əli Nağıyev olduğunu bildirib: “Azərbaycanın milli təhlükəsilik sistemində bu gün həyatda olan və fəaliyyət göstərən şəxslər arasında Əli Nağıyev peşəkarlıq baxımından bir nömrəli fiqurdur. O da gətirildi.”

Ə.Oruclunun sözlərinə görə, Əli Nağıyev hələ 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu vəzifəni tutmalı idi. Ancaq müəyyən səbəblərdən bu baş verməyib.

Onun məhz indi DTX-nın rəhbərliyinə gətirilməsinin əsas səbəbini isə, Ə.Oruclu hazırda bu vəzifədə peşəkar çekistə daha çox ehtiyac duyulmasıyla bağlayıb: “Bu bir səbəb. İkinci səbəb isə İran ətrafında gərginləşən vəziyyət və bunun Azərbaycana təsiridir... Hər kəs bilir ki, İran-ABŞ münasibətləri gərginləşən xətt üzrə gedir... İrana qarşı hər hansı bir hərbi əməliyyat böyük qaçqın axınına səbəb ola bilər. Bu zaman humanitar böhranla üzləşə bilən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycan olar. İranda əhalinin önəmli bir hissəsinin azərbaycanlı olması, həm də həmsərhəd dövlət olduğumuz üçün. Digər tərəfdən, İrana qarşı ABŞ və müttəfiqlərinin apara biləcəyi əməliyyatlar Rusiya üçün “göydəndüşmə” bir şansdır. Həm neftin qiyməti qalxacaq, həm də Rusiya İrana kömək adı ilə “isti dənizlərə” çıxış imkanı əldə edəcək. Bu zaman Rusiya qoşunlarının keçə biləcəyi yeganə quru ərazisi Azərbaycandır. Deməli, həm də buna görə ölkənin təhlükəsizlik sistemini, polisi gücləndirmək lazımdır”.

Ə.Oruclu aparılan dəyişikliklərin də bu baxımdan əhəmiyyətli olduğunu bildirib. Həm təhlükəsizlik sisteminin başına gətirilən Nağıyevin, həm də daxili işlər orqanlarına rəhbər təyin olunan Eyvazovun öz sahələrini, ölkədəki situasiyanı tam nəzarət altında saxlaya biləcək şəxslər olduğunu vurğulayıb.

Elman İsmayıllı

AzPolitika. info

635x100

Şərhlər

Urus Ahmed 2019-06-22 09:41:22

Hec MTN-de iwleyende de Erestun ferqli bir qabiliyyet sahibi deyildi. Ortada yeyib qiraqda qacdigina gore nelayiq bir leqebi de vardi. Ayibdir deye yazmiram. O donem EKI-de olanlar yeqin yaxwi xatirlayirlar bu dezo ustasini.

Alı 2019-06-22 09:41:22

Sual edirəm ki, Ərəstun Oruclu əslində kimdir və nə işlə məşğuldur. Bilən varsa, bura da yazsın. Evvelceden teşekkürler

Pisi 2019-06-22 09:41:22

Vilayet eyvazov culfada eli nagiyev babekde anadan olub.tebrikler

memati 2019-06-22 09:41:22

het ikisi çox layiqli pesekar üzerine düsün mesuliyyeti derk eden kadrlardir qaldi digər sahələrə də pesekarlar qoyulsa devletimiz süretle inkisaf eder nece ki edir daha da süretle eder buna böyük ehtiyac var

Qəhrəman 2019-06-22 09:41:22

Ərəstün sizin yazdığınız hətərən-pətərən heç kəsə lazım deyil.Siz yaxşı həkim olmadığınız kimi ,nə yaxşı analitiksiz nə də yaxşı siyasətçi.

Mirze QARAYA 2019-06-22 09:41:22

Her sheyi qara gorursen.

Mirzə AĞ 2019-06-22 09:41:22

Nə qədər "bəzəsəniz" də "xoruzun quyruğu" görünməz olmayacaq...

omer 2019-06-22 09:41:22

Xeyirli olsun..amma kelme basi bu pesekarlar ucun sadiq sozun isletmeye mence ehtiyac yoxdur.

Vətəndaş 2019-06-22 09:41:22

Eyni regiyonlardan, eyni insanlar və vəzifələr. Başqalarına olmaz qətiyyən. Biz bura gəlməyik.

Azər Abdullayev 2019-06-22 09:41:22

Əli Nağıyev öz peşəsinin ustasıdır.O.tanıdığım qədərincə sırf peşəkar çekistdir.Ondan səviyyəli bu sahəni bilən yodur.Əli müəllim həm də sakit təbiətli,yuxa ürəkli gözəl insandır.Uğurlar onun olsun.

Azerbaycan oglu 2019-06-22 09:41:22

Hormetli erestun muellim onuda deyim ki siz yaxsi analitik deyilsiz

Xəyal 2019-06-22 09:41:22

Yeni təyinatı olanlara ancaq müvəvəffəqiyyətlər diləməmiz gərəkir.Çünkü iki üçbucaq arasında olmaq və geostrteji baxımdan balans siyasətini yürütmək nə qədər ağır olsada inşallah bunun üstəsindən layiqincə gələrək millətimiz və dövlətimiz üçün başarılar qazandıracaqlar. .......Sabitliyin və Təhlükəsizliyin əsas təminatıda hər zaman etimad göstərilmiş şəxslərin sədaqətliyidir. Budur əsas təminat. Məqalə qismən geostrateji baxımdan müəyyən nöqtələrə işarət göstərilib. ....DƏRİN HÖRMƏTLƏ

Geber 2019-06-22 09:41:22

Hörmətli Ərəstun Oruclu ! yazdiqlariniz idilyali analitik mülahizə daxili auditoriya üçün məqbuldursa , Biləcəridən şimala Astara İrana tərəf olan realliqla internetin vayfay əlaqəsi xaricindədir kimidir. Yekəxanaliq olmasin : -heç Kremlin özünün özü və yeniləşmiş ruslar haqqinda birsəhifəlik də olsa dəqiq analitik ğöruntuyə yaxin məlumati belə yoxdur , belə məlumati Kreml 50 ton qizila da alsa ucuzdur , bizə də aiddir . Putinin hakimiyyətinin subyekti ruslar deyil , mediyada olan muzdlu yazarlarla Jirinovskinin ağildan zəiflər üçün buraxdiği sabun köpükləridir bu köpüklərin istifadə müddəti 2012-ci ildən bitib . Putinə xərclənən mediya pullarina ağildan zəif lal və kari , çoxdan meydanda İsa Peyğəmbər elan etmək olardi. Bu insan 20 ildən Ruusya kimi nəhənğ yollar dəniz və çaylar ölkəsi üçün birmənali nə bir baliq tutmaq haqqinda nə də Yol Plisi bizdə QAİ nə də sürücülük vəsiqəsinin alinmasi qaydalarini yaza bildi hər il yeni fərman və qaydalar Hindistan variantinda işə düşür. Ğürcüstandaki son hadisələr sübüt etdi ki , Putini mən ağilda olan lal ördək səssiz amerikalilar hansi yollarla Qoqolun Kopeykin persanajina çeviriblər . Beləki ğuya Putin Trampi seçib amerika seçkilərinə qarişib Suriyada qələbə qazanib Krimi qaytarib zurna balabanin arxasinda : Putin hətta hərbi bazasi olan Ermənistanda üç pişiyə və bir toyuqa belə təsiri yoxdur. Pərdəarxasi Paşinyana yalvarirlar ki , bizi Ğürcüstan və Ukraynasayaq hörmətdən salma , necə ki 200 mld. dollar Ukraynanaya xərclədi nəticədə rusca danişmaq qaşinma xəstəliyi effekti verir eləcədə Kremlin Zelenski əməliyyatindan sonraki dönümü prinsip DOMİNO düzülüşünə çatdirilmasi artiq aylarin və ya bir ilin işidir .İş elə yerə çatib ki , səssiz amerikalilar Putindən atom silahini təhfil verməsi haqda işlər ğörür və bu mümkündür də , lakin Kremldə yatanlar instaqram qadinlari kimi bunu kompliment kimi başa düşür Bizlər haqqinda isə yalniz onu deyə bilərəm ki , hələ ki ğec deyil qərbin laylaylarindan comərd yoldan qayitmaq hələ ki , ğec deyil. Bir var səs küylü ğeriyə dönmə Elçibəysayaq bir də var səssiz heç kəsin ruhu da incimədən sosial yağlarla surtunmənin qarşisi alinmaqla .

Son yazılar