Səudiyyə Ərəbistanı İsraillə işbirliyində - 300 milyon dollara izləmə qurğusu alıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı (SƏ) İsraildən 300 milyon dollar dəyərində «casus proqram təminatı və avadanlıqları» alıb. «Əl-Khaleej Online» portalına istinadla, bu barədə iyunun 20-də İranın ingilis dilli «Press TV» telekanalı xəbər verib.

Mənzil-qərargahı Londonda yerləşən, ştat əməkdaşları isə Fars körfəzi ölkələrində işləyən «Al-Khaleej Online» elektron nəşrin məlumatına görə, Ər-Riyadın və İsrailin profil şirkətlərinin nümayəndələri görüşərək, cari ilin may ayının axırında britaniya paytaxtında vasitəçi olmadan bir saziş imzalayıblar.

Təl-Əviv və Ər-Riyad arasında dipomatik əlaqələr yoxdur. Çünki Səudiyyə Ərəbistanı  İsraili dövlət olaraq tanımır (guya! - red.). Amma son illər hər iki tərəf İrana qarşı əməkdaşlıq edir («Press TV»).

Portalın mənbələrinin məlumatına görə, Misir və Birləşmiş Ərəb Əmirlikləri bu sövdədən xəbərdardır və onu «nəhəng, xeyli gəlirli» sövdə adlandırılar.

Sazişin ilk mərhələsində nəzərdə tutulur ki, artıq cari ildə 1000 dəst «kiçik, amma mürəkkəb qurğu»nun Səudiyyə Ərəbistanına göndərilməsi reallaşsın. Onlar izlənəcək obyektlərin mobil teleonlarında yerləşdirilə bilər və bunun vasitəsilə telefon sahiblərinin hərəkəti həm Səudiyyə Ərəbistanında, həm də bu ölkənin sərhədləri xaricində tam olaraq nəzarət altında saxlanar.

Sövdənin ikinci hissəsi 2020-ci il üçün nəzərdə tutulub: daha 2000 belə qurğu Səuliyyə tərəfdəki sifarişçiyə təhvil veriləcək.

Ötən ilin noyabrında İsrailin «Haaretz» qəzeti xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı mobil telefonları «dağıtmaq» üçün «İsrailin məxfi texnoloji firmasından» xüsusi sistemlər almaq barədə razılığa gəlib.

Təəccüblü deyil ki, Səudiyyə Ərəbistanı  sözdə İsraili tanımır, əməldə isə onunla sıx əməkdaşlıq edir?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar