MƏDƏT QULİYEVDƏN İLK AÇIQLAMA – “Gözlənilməz oldu”

 

"Təyinatlarım həmişə mənim üçün gözlənilməz olub". "AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi vəzifəsindən Müdafiə sənayesi naziri postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı musavat.com-a danışarkən bildirib.

O bildirib: "Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Belə olan yerdə biz dövlətimizin əsgərləriyik və xidmət etməliyik".

Mədət Quliyev yeni təyinatın da onun üçün gözlənilməz olduğunu deyib: "Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətlərimlə məşğul olmuşam".

"Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk", - o bildirib.

Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin DTX-yə rəis təyin olunub.

635x100

Şərhlər

vətəndaş 2019-06-22 00:00:06

gözlənilməzdir!

Amon 2019-06-22 00:00:06

Medet muellimi tebrik edirik yeni isinde ugurlar.sizin ilk isiniz....vezifeden azad etmek olsa o zaman isleyeceksiz yoxsa menasizdi her soz

Son yazılar