İSLAHAT DÖVRÜ ÜÇÜN QALAQURMA - Prezident hücum öncəsi müdafiə zolağını gücləndirir

İkinci dünya müharibəsində xarakterinin gücüylə bütün rəqiblərinə qalib gəlmiş Sovet  lideri Stalinin dillər əzbəri olan məşhur bir ifadəsi vardı: “Kadr hər şeyi həll edir”.

Doğrudan da, idarəçilik təcrübəsi göstərir ki, bir rəhbərin uğuru, taleyi həm də onun kadr seçimindən çox asılıdır: doğru seçim həvalə edilən işin də keyfiyyətli görülməsinə təminatdır və nəticə də, kadrın özündən çox, onu təyin edənin ayağına yazılır…

Prezident İlham Əliyevin iyunun 20-də 4 önəmli posta kadr təyinatıyla bağlı imzaladığı sərəncamlara son 2 gün ərzində sosial şəbəkələrdə və mediada verilən reaksiyalar da göstərir ki, cəmiyyətimiz üçün kadr islahatları mövzusu bütün digər mövzulardan daha maraqlı və cəlbedicidir. Bu da səbəbsiz deyil – hər kəs yeni təyinatların özüylə bərabər nə kimi yeniliklər gətirəcəyinə, bu kadrların Prezident İlham Əliyevin ilin əvvəlindən elan etdiyi “sürətli islahatlar kursu”na nə kimi töhfələr verə biləcəyinə diqqət kəsilib.

Əslində, bu 4 təyinatın hansı sahələri əhatə etdiyinə və məhz hansı zaman aralığında gerçəkləşdirildiyinə, eləcə də təyin edilən şəxslərin hansı keyfiyyət daşıyıcıları olduqlarına baxdıqda, Prezidentin bu təyinatlarının əvvəlki sərəncamlarıyla həmahəngliyi, bir-birini tamamlamaq istiqamətində qurulmuş mühüm bir siyasi strategiyanın həlqələri olduğu aydınca görünər.

Əvvəla, gəlin, ona diqqət yetirək ki, təyinatlar hansı sahələri əhatə edir:

1. Prezident yanında Təhlükəsizlik Şurasının katibi;

2. Daxili İşlər Nazirliyi;

3. Dövlət Təhlükəsizik Xidməti;

4. Müdafiə Sənayesi Nazirliyi.

Beləliklə, aşkar görünür ki, təyinatların 4-ü də ölkənin təhlükəsizliyinə və müdafiəsinə birbaşa cavabdehlik daşıyan sahələrlə bağlıdır.

İkinci diqqət yetirilməli məqam: bu təyinatlar məhz o zaman həyata keçirilir ki, bir tərəfdən Azərbaycan regionda hər an müharibə və hərbi əməliyyatlar riski daşıyan mühüm geopolitik dəyişikliklər mərhələsinə qədəm qoyur; İran və Dağlıq Qarabağ ətrafında mürəkkəbləşən situasiya təhlükəsizlik maraqları baxımından önləyici çevik hərbi-siyasi əməliyyatların aparılmasını zəruri edir; o biri tərfədən isə ölkə rəhbəri ilin əvvəlindən sürətli iqtisadi-siyasi reformalara – islahatlara qərar verib və bu istiqamətdə ardıcıl, sistemli addımlar atır.

Tarixi təcrübə göstərir ki, belə mürəkkəb və gərgin şəraitlərdə istənilən hakimiyyətin əleyhinə olan bütün iç və kənar güclərin fəaliyyəti, hətta bir çox hallarda ortaq, əlbir hərəkəti üçün, bir növ, münbit zəmin yaranır. Bir qədər də dəqiq desək, hakimiyyəti öz iradəsinə tabe etdirmək istəyən xarici güclər, islahatların əsas hədəfi olacaq imtiyazlı oliqarxiya və hakimiyyətə gəlməyə can atan müxalif güclər belə şəraitlərdə təbii müttəfiqlərə çevrilərək, yaranmış fürsətdən faydalanmağa çalışırlar.

Sözsüz, bu cür situasiya Prezident Əliyevdən tələb edir ki, ölkənin müdafiəsinə və təhlükəsizliyinə cavabdeh sahələr məhz birbaşa özünə bağlı, kritik situasiyalarda hakimiyyətə potensial təhdid mənbəyi olan bu 3 istiqamətdən hansısa tərəfə meyllənməyəcək, sədaqətlərini həyatın ağır sınaqlarında dəfələrlə sübuta yetirmiş peşəkar şəxslərlə gücləndirsin.

Elə 4 postun dördünə də rəhbər təyin edilən şəxslərin həyat yollarına ötəri baxış kifayət edir ki, Prezidentin nədən məhz bu adamları seçdiyi, niyə onların adları üzərində durduğu aydınlaşsın.

Xatırladaq ki, Prezident yanında Təhlükəsizlik Şurasına katib gətirilən general-polkovnik Ramil Usubov təkcə 25 ildir ölkənin  Daxili İşlər naziri deyil, həm də “kadr sərrafı” sayılan mərhum Heydər Əliyevin “Nə qədər mən prezidentəm, Usubov Daxili İşlər naziri olacaq” dediyi və bununla da onun sədaqət və peşəkarlıq keyfiyyətinə möhür vurduğu əsas şəxsdir. Yəqin, çoxları onu da yaxşı xatırlayar ki, Usubovun peşəkarlığına və rəhbərinə sədaqətinə əks düşərgənin lideri – mərhum prezident Əbülfəz Elçibəydə ibrətamiz qiymət vermişdi: “Usubov kimi bir nazirim olsaydı, hakimiyyət əldən getməzdi…”.

Zəngin həyat, dövlətçilik və idarəetmə təcrübəsinə, yüksək siyasi hazırlığa və dərin təfəkkürə malik, uzun illər ərzində güc strukturlarında böyük bir məktəb yaratmış  və ölkənin əməliyyat şəraiti haqda da ən məlumatlı adamı – 71 yaşlı Usubovu Təhlükəsizlik Şurasının katibi təyin etməklə, Prezident Əliyev, faktiki olaraq, digər güc və xüsusi xidmət qurumlarının koordinasiyasını öz yanında, etibarlı və peşəkar bir əldə cəmləşdirmiş olur.

Usubovun yerinə – Daxili İşlər naziri təyin olunan 51 yaşlı Vilayət Eyvazovun adı isə Azərbaycanın milli polis məktəbinin son illərdə yetişdirib üzə çıxardığı ən istedadlı və gənc generallar siyahısında öndə gəlir.

Nüfuzlu polis zabitlərinin etirafına görə, peşəkar əməliyyatçı təcrübəsinə və dəmir hərbi intizama malik Eyvazovun həm özünə, həm də tabeçiliyindəkilərə qarşı hədsiz tələbkarlığı, əzmkarlığı, çevik qərar qəbuletmə bacarığı, eyni zamanda məsələlərə yüksək məsuliyyət və ədalət hissiylə yanaşma tərzi onu həm də 14 ildir müavin olduğu DİN sistemində səriştəli rəhbər kadr kimi yetişdirib, püxtələşdirib. Gənc yaşlarından DİN-in ən məxfi və önəmli əməliyyat strukturlarında xidmət keçmiş Eyvazov, uzun illərdir Daxili İşlər nazirinin müavini olmaqdan əlavə, həm də Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator vəzifəsini tutub və müxalifyönlü QHT rəhbərlərinin də etiraflarına görə, o, hazırda beynəlxalq miqyasda bu sahə üzrə ölkəmizdə ən yaxşı mütəxəssislərdən sayılır.

Prezidentin ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsində önəmli yer tutan Müdafiə Sənayesi Nazirliyinə (MSN) vaxtilə DİN sıralarında mühüm vəzifələr tutmuş, Eldar Mahmudovun və bandasının MTN-də zərərsizləşdirilməsindən sonra isə Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş general Mədət Quliyevin gətirilməsi də təsadüfi deyil. Son illərdə Azərbaycanın dünyanın silah bazarına öz məhsullarıyla çıxışı ölkəmizi təkcə bu bazarda at oynadan ənənəvi rəqiblərin deyil, həm də böyük silah mafiyalarının, cinayətkar qruplaşmaların, müxtəlif xüsusi xidmət qurumlarının və terror təşkilatlarının açıq hədəfinə çevirir. Məhz belə bir ərəfədə Mədət Quliyev kimi qətiyyətli və düşmənə qarşı amansız birisinin MSN-ə keçirilməsi Prezidentin bu qurumu da tezliklə dəmir intizama malik hərbi struktura çevirmək və onu yad təsirlərdən qorumaq istəyindən xəbər verir.

Və nəhayət, Azərbaycan xüsusi xidmətinin “sonuncu mogikan”larından sayılan general Əli Nağıyev… Əli Nağıyev də, Usubov kimi, ölkənin əməliyyat mühitini ən yaxşı bilən və eyni zamanda peşəkarlığı hətta müxalif düşərgədə belə rəğbətlə etiraf olunan kadrlardandır. Sovetlər dağılmamışdan Azərbaycan DTK-sında çalışan və MTN-də birinci müavin vəzifəsinədək yüksələn Əli Nağıyev bu illər ərzində həm də Azərbaycan ictimai-siyasi mühitində ən böyük şəxsi agentura şəbəkəsi qurmuş və ciddi məxfiçilik şəraitində bu şəbəkəsini qoruyub saxlamağı bacarmış mahir çekistlərdəndir. Məhz xüsusi xidmətin bu qızıl qaydasına – məxfiçiliyi gözləməsi və əməliyyat bacarığı hesabına, təkəbbürlü və eqoist Eldar Mahmudov o qədər resurslarının olmasına baxmayaraq, onu yenməyi bacara bilmədi və budur, artıq Əli Nağıyev təkcə qisasını yox, həm də haqq etdiyini aldı – indi o, dövlətin onun xidmətinə ən çox ehtiyac duyulan bir vaxtında yenidən öndədir, özü də ölkənin xüsusi xidmətinə cavabdehlik daşıyan əsas sima olaraq…

Beləliklə, hər dörd təyinatla bağlı təhlillərimiz onu deməyə əsas verir ki, Prezident İlham Əliyev ölkəni gözləyən iç və kənar risklərdən, təhlükələrdən vaxtında qorunmaq və eyni zamanda başladığı islahatlara mane olmaq istəyən bütün cəhdləri zamanında zərərsizləşdirmək və uğurla başa çatdırmaq üçün öncə ətrafına sədaqətli generallardan ibarət bir sədd – müdafiə zolağı çəkir. Etibarlı müdafiə mexanizmi qurduqdan sonra isə, şübhəsiz ki, növbəti mərhələ hücumdur – ölkəmizi gerçək qələbələrə götürəcək sürətli əks-hücum!

Strateq.az

635x100

Şərhlər

Bashirov Qarib 2019-06-22 11:54:31

İctimaiyyəti təhdid edən bu cur yazılar kimə lazımdır? Dəyişilən guc strukturları daxili asayişin qorunmasına xidmət edən təşkilatdır. Məqalədən anlaşılan odur ki, guya, prezident xalqına qarşı hucuma hazırlaşır. Bu nə məntiqdir, belə?Belə məntiqsiz məqalələr necə yol tapır,sizin nufuzlu saytlara?Xalq kimə nə edib ki, uzərinə hucumlar planlaşdırılır?Guya,R.Usubov bacarmayıb, yenisi keçir hucuma.Allah agıl versin bunu yazanlara,yayanlara.

EJDER 2019-06-22 11:54:31

BU MEQALEDEN MEN WEXSEN ELE BAWA DUWDUM KI,INQTIDAR KOMANDASIDA MUHARIBE GEDIR,HIYYY...LAZIM GELER ,IWLER DUZELER...ESAS ENDWPILDI,PAT OLMASIN

Geber 2019-06-22 11:54:31

Peşəkar qeneralin öz yerini tutmasi keşmiş və indiki həmkarlari :- millətimiz barədə layiqli ğözləntisi olan savadli təbəqə tərəfindən Əli Nağiyevin təyyinati müsbət qarşilanmasi həm imidj həm də Prezidentin zərğər dəqiqliyi ilə bu əvəzləməni aparmasi təqdirəlayiqdir. Ğözlə ğörunən bir fürsət daxilində üzümüzə ğələn yeni növ təhlükələri zərərləşdirilməsi üçün unikal bir vaxt qazanmiş olduq , beləki keşmiş rəis Mahmudov rusça " нельзя знать то , с помощью того , чего не знаешь " принсипини « я знаю « prinsipi ilə əvəzləmişdisə , Mədət Quliyv isə “ я знаю что ты знаешь , что я знаю « prinsipi ilə əvəzləmiş və nəhayət ki , KQB məktəbinin nəzəri praktik metodikasi ilə müasir təkminləşmiş sağlam intuisiyasi olan Əli Nağyevlə əvəzlənməsi rusca “ не терзай ближнего по напрасному « prinsipi özü özlüyündə ilk addimdan nəticədir. Bu prinsip Moiseyin ağlindan kənar 11 -ci prinsipdir . Beləki tutuduqu mövqeyə ğörə Əli Nağiyev iş adamlarini cəmiyyəin ğələcəyidir prinsipi ilə qorumuş çətinliklərini dəf etmək üçün onlara mümkünlük çərçivəsində onlar qalsin bir yanda , DÖVLƏTƏ yardim etmişdir Amerika kəşfiyyat İdarəsinin nəzəriyəçisi Marşal deyirdi bizim qələbəmiz axirinci sovet insaninin 60 “ KQB” peşəkarlarinin pensiyaya çixmasi ilə nöqtələnəcəkdir . Beləki məxvi orqan haqda fəsliyyət instinkti olan peşəkarlar “ближнини” yaxindakilari yəni cəmiyyəti deyil , uzaqdakilari sərhəddən içəri olan həmlə obyektlərini rusca “ narahat yəni «терзать и беспокоить « dalğavari qoruyucu burulğan istehsal etmirsə . işsizlikdən yaxin çevrədə və ya daxildə hökman özünə məşquliyyət tapacaqdir . Misal çoban itləri canavarlari sürüdən qovub nəslini kəsən kimi , istəməsə də belə qoyun əti onlari cəlb edəcəkdir. Əslində KQB adindan qorxanlar bu sistem insanlarinin qeorğiy İvanoviç Qurdjiyev adli bir humanist insanin durduğundan xəbərsizdirlər . Ümüd edirəm ki , Əli Nağiyev məxvi orqanlara müasir həmlələrdən başi çixan «я знаю * что не знаю , сама ситуация знает » prinsipi ilə qidalanan sağlam analitik dünya ğörüşü olan ekspertləri DTX-yə cəlb edəcək , pervanent qaydada təhlükələrin yarandiği andan əhəmiyyətsizləşdirilməsi haqda strateqiyalari maliyələşdirmək haqda tədbirlər ğörəcək və həmçinin ğələcək DTX kadrlarinin hazirlanmasi üçün Çin və İran qalaqurma və səssiz fəth etmə strateğiyalarini üstələyən bilikli yeni nəsl kadrlarin hazirlanmasina şərait yaradacaqdir . Beləki istedadli kadrlar milyonlarin içindən seçilə bilər dar çərçivə 5000 min insanin arasindan belə seçim minimaldir.

Qonaq 2019-06-22 11:54:31

Vətənə millətə xeyrli olsun.

oruclu bəyalı 2019-06-22 11:54:31

Görəsən bir başa və ya dolayısı yolla bizneslə məşğul olmayan məmur var?

sual 2019-06-22 11:54:31

Belə cixmırmı ki hakimiyyət bu dörd nəfərin umuduna qalıb?

Son yazılar